Laçında kombayn aşdı – 2 nəfər ölüb 

Laçında kombayn aşdı – 2 nəfər ölüb 

Hazırda oxunan: Laçında kombayn aşdı – 2 nəfər ölüb 

85246

Laçın rayonunda kombayn aşıb, iki nəfər ölüb. 

Bizim.Media xəbər verir ki, hadisə iyulun 24-ü saat 19:30 radələrində rayonun Güləbird kəndi ərazisində qeydə alınıb. 

Report.az-ın məlumatına görə, kənd ərazisində əkilmiş taxıl sahəsində işləyən Goranboy rayon sakini, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevin idarə etdiyi “Claas-630” markalı kombaynı aşıb.

Nəticədə həmin nəqliyyat vasitəsinin sürücüləri – Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Kazım Abbasov və Samux rayon sakini, 1979-cu il təvəllüdlü Yusif Abışov hadisə yerində ölüb, M.Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO