Sosial mediada trendə çevrilən "Təbrizin sehrli nağılları" kitabı hələ bir neçə il öncə Roma papası Fransisə hədiyyə edilib.
Bizim.Media xəbər verir ki, sözügedən fotolar kitabın son günlərdə sosial şəbəkələrdə populyarlaşmasından sonra yenidən gündəmə gəlib.
MÖVZU İLƏ BAĞLI:
İsrail səfirinin Təbriz PAYLAŞIMI - FOTO
Belə ki, Cəmilə Həsənzadənin müəllifi olduğu əsər 2019-cu ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri tərəfindən keçirilən təqdimetmə mərasimində papa Fransisə hədiyyə olunub.
Qeyd edək ki, bir neçə gün öncə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Təbrizin sehrli Nağılları" kitabını paylaşaraq, onun vasitəsilə Azərbaycan tarixi barədə çoxlu yeni məlumatlar əldə etdiyini yazıb.
Bizim.Media