Sumqayıtda Azərbaycan Jurnalistlər Birliyinin (AJB) Şərqi Zəngəzur Regional Təşkilatının təsis yığıncağı keçirilib. Yaradılan təşkilat Qubadlı, Kəlbəcər, Laçın, Zəngilan və Cəbrayıl rayonlarında fəaliyyət göstərən jurnalistləri öz sırasında birləşdirəcək.
Bizim.Media xəbər verir ki, AJB-nin Şərqi Zəngəzur Regional Təşkilatının sədri Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Bərgüşad” qəzetinin baş redaktoru Qafqaz Əvəz oğlu Dəmirov seçilib.
Regional təşkilatın təsis olunmasında əsas məqsəd Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilərdə yaşayıb fəaliyyət göstərəcək jurnalistlərin koordinasiyasını yaratmaqdır.
Həmçinin regional təşkilata daxil olan rayonlarda bölmələrin yaradılması nəzərdə tutulur. Artıq Kəlbəcər bölməsi yaradılıb və bölməyə sədr AYB və AJB üzvü, “Manevr.az” Media Qrupunun rəhbəri Namiq Dəlidağlı seçilib.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov çıxışlarında ölkəmizdə söz və mətbuat azadlığının təmin olunduğunu vurğulamaqla, Şərqi Zəngəzur Regional Təşkilatının yaradılmasını müsbət addım kimi dəyərləndiriblər.
Prezident İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqətdən, mətbuatın fəaliyyəti və inkişafı üçün yaradılan münbit şəraitdən söz açıblar.
Digər çıxış edənlər Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatının fəaliyyətinə uğurlar arzulayıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:08 / 24.07.2022
AJB-nin Şərqi Zəngəzur Regional Təşkilatı təsis edildi - FOTO
Hazırda oxunan: AJB-nin Şərqi Zəngəzur Regional Təşkilatı təsis edildi - FOTO
Hazırda oxunan: AJB-nin Şərqi Zəngəzur Regional Təşkilatı təsis edildi - FOTO
85226
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.