Polis ƏMƏLİYYAT keçirdi: 2 nəfər tutuldu

Polis ƏMƏLİYYAT keçirdi: 2 nəfər tutuldu

Hazırda oxunan: Polis ƏMƏLİYYAT keçirdi: 2 nəfər tutuldu

85197

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Rəcəb Muradov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “patı” kimi tanınan psixotrop maddə -metamfetamin aşkarlanıb.

Keçirilən digər əməliyyat nəticəsində isə Qobustan şəhər sakini Sənan Alkişiyev şübhəli şəxs qismində saxlanılıb. Ona məxsus mağazaya baxış keçirilərkən orada gizlətdiyi metamfetamin və həmin obyektə bitişik yardımçı tikilidən isə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO