Bərdədə 3 azyaşlı piyadanı maşın vurdu - FOTO

Bərdədə 3 azyaşlı piyadanı maşın vurdu - FOTO

Hazırda oxunan: Bərdədə 3 azyaşlı piyadanı maşın vurdu - FOTO

85189

Bərdədə yolu keçmək istəyən 3 azyaşlını maşın vurub.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. Kənd sakinləri 7 yaşlı Səfərov Vəli Füzuli oğlu, 14 yaşlı Səfərova Leyla Füzuli qızı və 6 yaşlı Məmmədov Ümüd Şakir oğlu yolu keçmək istəyən zaman onları Moskviç markalı minik avtomobili vurub.

Qəza nəticəsində hər 3 yaralı hadisə yerinə cəlb olunan təcili tibbi yardım maşını ilə Bərdə rayon Diaqnostika mərkəzinə çatdırılıblar. APA.az-ın məlumatına görə, vəziyyətləri orta ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO