Şuşada fatehlərlə fatehcəsinə qeyd olunan MƏTBUAT GÜNÜ – Bütövləşə bilmək ARZUSU

Şuşada fatehlərlə fatehcəsinə qeyd olunan MƏTBUAT GÜNÜ – Bütövləşə bilmək ARZUSU

Hazırda oxunan: Şuşada fatehlərlə fatehcəsinə qeyd olunan MƏTBUAT GÜNÜ – Bütövləşə bilmək ARZUSU

85172

Düz 147 il əvvəl Şuşa Azərbaycana və dünyaya maarif, mədəniyyət saçırdı. 30 il əvvəl isə düşmən bu işığı söndürməyə çalışdı. 28 il bir yanımız yarımçıq qalırdı.

2020-ci ildə MÜZƏFFƏR Azərbaycan Ordusu və onun Müzəffər Ali Baş Komandanı bu ədalətsiliyi dayandırdı. Şuşa yenidən Günəş kimi parlamağa başladı. 

Azərbaycan Milli Mətbuatı da öz 147-ci yaşını məhz bu parlaq şəfəqlərin altında qeyd etdi. Və bu, bir tarix idi. 

Birincisi, ona görə ki, peşə bayramını Şuşada qeyd edən ilk peşə sahibləri jurnalistlər oldu.
İkincisi, ona görə ki, jurnalistlərin peşə bayramı Şuşada Azərbaycan dövlətinin dəstəyi ilə və beynəlxalq səviyyədə qeyd olundu.


Qaşsız üzüyü necə vəsf etmək olardı ki?!

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada peşə bayramını qeyd etməyə ən çox haqqı çatan bəlkə də jurnalistlər idi. Çünki son 30 ildə özünə, qələminə və ən başlıcası isə millətinə hörməti olan heç bir jurnalist peşə bayramını ürəklə qeyd edə bilmirdi. Nəinki, peşə bayramı, hətta adi günlərdə də jurnalistlərin bir tərəfi yarımçıq qalırdı.

Xüsusilə, əcnəbilərlə görüşlərdə çox aciz görünürdü. Nə qədər qürurlu dayanmağa çalışsalar da məğlub ölkənin təmsilçisi olmaq çox ağrılı idi. Və bu ağrı təkcə əcnəbilərlə görüşdə yox, elə gündəlik yazı-pozuda da özünü göstərirdi. Heç nəyə ürəkdən sevinə bilmirdik, heç nəyi ürəklə vəsf edə bilmirdik.

Azərbaycan bir üzükdürsə, Şuşa onun qiymətli qaşıdır. Qaşsız üzüyü bəs necə vəsf edəsən?! Bax, Azərbaycan jurnalistikası 30 il bu ülvi istəkdən məhrum idi.

Ölkə Başçısından unikal addım

Məhz bu həssas məqamları yüksək qiymətləndirən Azərbaycan prezidenti İlham Əliyev Şuşada peşə bayramını dövlət səviyyəsində qeyd etmək şərəfini ilk dəfə jurnalistlərə ərmağan etdi. Və jurnalistlərin Şuşaya getməsi, orda fikir mübadiləsi aparması, müqəddəs yerləri ziyarət etməsi və istirahəti üçün bütün şərait yaradıldı.

Özü də ən ali səviyyədə. Bəlkə də tədbirin bütün detalları Ölkə Başçısının məntiqindən keçmişdi. Çünki, hər xırda detalda da Dövlət Başçısının dəsti-xətti görünürdü. Üstəlik, tədbir iştirakçılarına ünvanlanan məktubdakı isti sözlər... Bu, ayrıca bir yazının mövzusudur. Ona görə də 22 iyul 2022-ci il Azərbaycan jurnalistikasının tarixinə qızılı hərflərlə yazıldı.

Cıdır düzü öz əvvəlki həyacanını yaşadı

Təsadüfi deyil ki, iki gündür ki, bütün sosial şəbəkələrdə bu əlamətdar hadisədən danışılır. Məsələn, tanınmış yazıçı-jurnalist Rəşad Məcid sosial səhifəsində yazır:

“İşğaldan öncə, xüsusən yay aylarında axşamçağı Cıdır düzü şenlikli və gur olardı. Şuşalılar və şəhərə gələn qonaqlar gün əyilənə yaxın Cıdır düzünə seyrə çıxardılar.

Çox şükür ki, o gözəl ənənə, hələlik bir qədər fərqli forma və tərkibdə olsa da, yenə bərpa olunur. Dünən axşamüstü Şuşada Media Forumunda iştirak edən jurnalist heyəti Cıdır düzünə enərkən yenə tanış mənzərənin şahidi oldum”.

Mətbuat tarixinin şanslı nəsli

Jurnalistlər Şuşa səfərində iştirakçı olduqları üçün özlərini çox şanslı və xoşbəxt sayırdılar. Və bu xoşbəxtliyi bizlərə yaşatdığı üçün Ali Baş Komandana və Müzəffər ordumuza sonsuz minnətdarlıqlarını ifadə edirdilər. Məsələn, “Bizim.Media” xəbər portalının baş redaktoru  Anar Tahirov özünün “Facebook” səhifəsində qeyd edirdi ki, “Milli Mətbuat gününün 147- ci illiyi ilə bağlı keçiriləcək beynəlxalq media konfransda iştirak üçün baş tacımız olan Şuşa şəhərinə gedirik. 

147 il dövründə ən şanslı jurnalist nəsliyik. İlk dəfə qalib bir Müzəffər Dövlətimizin media nümayəndələri olaraq mətbuat günümüzü Şuşada qeyd edəcəyik. Bu günü bizə yaşadan Ali Baş Komandana, şəhidlərimizə və qazilərimizə borcluyuq!

Forum çərçivəsində ənənəvi medianın problemləri, yeni media jurnalistikasına keçid, media etikası və digər mövzular müzakirə olunacaq. Forum çərçivəsində ənənəvi medianın problemləri, yeni media jurnalistikasına keçid, media etikası və digər mövzular müzakirə olunacaq”.

Artıq üzümüz gülür

Jurnalistlərin 22 iyulda Şuşaya 18 ay əvvəl qazanılmış Böyük Qələbəni daha təmtəraqlı şəkildə bir daha qeyd etməyə getdiklərini söyləsək, yəqin ki, yanılmarıq. ‘Əlbəttə ki, bu möhtəşəm tədbirə çox gözəl təşkilatçılıq edən Medianın İnkişafı Agentliyinin adını çəkməmək insafsızlıq olardı.

Agentliyin icraçı direktoru Əhməd İsmayılovun yol boyu, eləcə də Şuşada hər bir jurnalistə fərdi yanaşması, diqqət göstərməsi isə yeni nəsil məmurunun ən gözəl timsalı idi. Təbii ki, bu məqam heç kimin diqqətindən qaçmadı.  Bu və digər məqamları jurnalistlər öz paylaşımlarında da söyləyirlər.

Məsələn, “Yeni Musavat” qəzetinin baş redaktoru  Rauf Arifoğlu özünün sosial səhifəsində yazır ki, “Bu gün burada – Şuşada Milli Mətbuatımızın 147-ci ildönümünü qeyd edirik. Qürurlu və xoşbəxtik. Bunun üçün Şəhidlərimizə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyindəki müzəffər ordumuza, həm də və əsasən xalqımıza borcluyuq. Məhz Xalq-Ordu– Cəmiyyət-Media -Komandan amillərinin uğurlu kombinasiyası nəticəsində artıq 17 aydır üzümüz gülür, qürurla zəfərimizdən, Ordumuzdan, uğurlarımızdan yazırıq”.

Vətənim sənsən, Şuşa

“Təbii ki, Şuşaya səfər istənilən nəqliyyat vasitəsilə bizə, elə hər kəsə məqbuldur, amma təyyarə ilə getməyin də bir ayrı özəlliyi var. Və Hikmət Hacıyevdən onu da da öyrənəcəkdik ki, jurnalistlər üçün təyyarənin ayrılması da elə Prezident İlham Əliyevin təşəbbüsü olub”.
Bu sətirlər isə  “Demokrat.az” xəbər portalının baş redaktoru  Vasif Həsənliyə məxsusdur. 

Şuşa fatehləri ilə bir arada

Şuşa tədbirini möhtəşəm edən daha bir məqam isə Şuşa fatehləri ilə jurnalistlərin bir ortamı bölüşdürməsi idi. Əslində, jurnalistlərin Şuşa səfərində rastlaşdıqları ən gözəl sürpriz də elə bu idi.

Bu isə Azərbaycan dövlətinin, onun qalib liderinin,Azərbaycan jurnalistikasının qazilərimizə və şəhidlərimizə sonsuz ehtiramının və qayğısının təcəssümü idi. Bir sözlə, 22 iyul hadisəsi ordu-xalq, xalq-prezident və bu iki gücü hər zaman bir arada tutan Azərbaycan jurnalistikasının təntənəsi, təcəlləsi idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO