Azərbaycan əsilli milyarder vətəndaşlıq üçün niyə Portuqaliyaya müraciət edib?  - DETALLAR

Azərbaycan əsilli milyarder vətəndaşlıq üçün niyə Portuqaliyaya müraciət edib?  - DETALLAR

Hazırda oxunan: Azərbaycan əsilli milyarder vətəndaşlıq üçün niyə Portuqaliyaya müraciət edib?  - DETALLAR

85150

Xəbər verdiyimiz kimi, Azərbaycan əsilli rusiyalı iş adamı, milyarder Qod Nisanov vətəndaşlıq üçün Portuqaliya hakimiyyət orqanlarına müraciət edib. Hazırda onun vətəndaşlıqla bağlı müraciətinin araşdırıldığı deyilir. Bu xəbəri Reuters agentliyi Portuqaliyanın Ədliyyə Nazirliyinə istinadən təsdiq edib.

Bizim.Media xəbər verir ki, agentlik digər təfərrüatları açıqlamayıb.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı milyarder vətəndaşlıq üçün Portuqaliyaya MÜRACİƏT ETDİ


Nisanovun nümayəndələri Reuters-in sorğularına cavab verməyiblər.

İş adamı Sefard yəhudilərinin nəsillərinə belə bir hüquq verən qayıdış qanunu əsasında Portuqaliya vətəndaşlığını almağı gözləyir. 2021-ci ildə bu proqram çərçivəsində başqa bir rusiyalı milyarder Roman Abramoviç Portuqaliya vətəndaşı olub.

ABŞ bu il iyunun 2-də Qod Nisanova qarşı sanksiyalar tətbiq edib, bundan sonra o, Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti vəzifəsini itirib, “Olimpiyski” idman kompleksinin direktorlar şurasının sədri vəzifəsindən istefa verib, həmçinin bütün layihələrin rəhbərliyindən çıxıb.

Forbes-in məlumatına görə, Nisanov 2022-ci ildə Rusiyada milyarderlər reytinqində 72-ci yerdə qərarlaşıb. Onun sərvəti 1,3 milyard dollar qiymətləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO