Sumqayıtda 16 yaşlı oğlan itkin düşüb - FOTO

Sumqayıtda 16 yaşlı oğlan itkin düşüb - FOTO

Hazırda oxunan: Sumqayıtda 16 yaşlı oğlan itkin düşüb - FOTO

85049

Sumqayıtda 16 yaşlı oğlan itkin düşüb.

Bizim.Media xəbər verir ki, “Qafqazinfo”ya bu barədə anası Kəmalə Əliyeva məlumat verib. 

Onun sözlərinə görə, oğlu Əliyev Fikrət Məhərrəm oğlu 21 iyul saat 02 radələrində evdən çıxıb və geri qayıtmayıb:

“Özümüz Sumqayıtda yaşayırıq. Tətil olduğu üçün Tağıyev qəsəbəsinə gəlmişdik. Hadisə də burada baş verib. O hər gün saat 2-də evdən çıxıb, 9-da qayıdırdı. Yaşıdları ilə vaxt keçirirdi. Həmin gün isə saat 7-də evə gəlməli idi, amma gəlmədi. Heç vaxt belə bir şey olmayıb. Üstündə nə pulu götürüb, nə telefonu, nə də açarı”.

Kəmalə Əliyeva deyir ki, oğlu evdən çıxarkən əynində qara rəngli şalvar, göy rəngli köynək olub. 

Məsələ ilə bağlı elə həmin gün H.Z.Tağıyev qəsəbəsi 2 saylı polis bölməsinə ərizə yazaraq müraciət ediblər. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO