Şəhid ailələrinə mənzillərin verilməsində gecikmələrin səbəbləri açıqlandı

Şəhid ailələrinə mənzillərin verilməsində gecikmələrin səbəbləri açıqlandı

Hazırda oxunan: Şəhid ailələrinə mənzillərin verilməsində gecikmələrin səbəbləri açıqlandı

8501

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid ailələrinə mənzillərin verilməsi zamanı gecikmələrin olmasının səbəblərini açıqlayıb.

Bizim.Media-nın xəbərinə görə, o, Real TV-yə müsahibəsində gecikmənin Vətən müharibəsi ilə bağlı olduğunu deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: "Məcburi köçkünlər üçün nəzərdə tutulan evlər şəhid ailələrinə veriləcək"


S.Babayev qeyd edib ki, bəzi fərdi evlər məhz aktiv döyüş əməliyyatlarının aparıldığı bölgələrə yaxın ərazilərdə yerləşir: “Aktiv döyüş əməliyyatları zamanı tikinti işləri müəyyən qədər ləngidi. Onu da bildirim ki, döyüşlər gedən ərazilərdə tikilib hazır olan bəzi evlər erməni vəhşiliyinin qurbanı oldu. Dağılan həmin evlər artıq təmir edilib. Yanvarın 15-də daha 20 ev şəhid ailəsi və müharibə əlillərinə təqdim olunacaq. Bununla da 1 500 nəfərlik proqram yekunlaşmış olacaq”.

Onun sözlərinə görə, sosial tərəfdaşlar da böyük məsuliyyət prinsipləri nümayiş etdiriblər: “Onların tikdirdiyi evlər də bu günə qədər təqdim edilib və bundan sonra da proses davam edəcək. Yanvarın sonu, fevralın əvvəllində də onlar tərəfindən evlər təqdim ediləcək. 1 500-dən əlavə 90 ev məhz sosial tərəfdaşlar tərəfindən tikilib”.

Qeyd edək ki, ötən ilin sonunda 1 450 mənzil və fərdi evlər şəhid ailələri və Qarabağ əlillərinə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO