MİQ imtahanında 11 nəfərin nəticəsi LƏĞV OLUNDU

MİQ imtahanında 11 nəfərin nəticəsi LƏĞV OLUNDU

Hazırda oxunan: MİQ imtahanında 11 nəfərin nəticəsi LƏĞV OLUNDU

85008

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib.

Müsabiqənin test imtananı mərhələsi Bakı, Gəncə, Ağcabədi, Lənkəran, Şamaxı, Mingəçevir, Salyan, Sumqayıt, Xaçmaz və Yevlaxda yaradılmış 15 imtahan mərkəzində təşkil olunub.

Ümumilikdə 7 iş gününü əhatə edən imtahanlarda 44363 nəfər namizəd iştirak edib.

Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 11 nəfərin nəticəsi imtahan qaydalarını pozduğu üçün ləğv edilib. Növbəti mərhələdə namizədlərin vakansiya seçimi və müsahibə prosesi həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO