5 il əvvəl Qubada, 10 il əvvəl isə Bakıda baş verən qətl hadisələrinin üstü açılıb

5 il əvvəl Qubada, 10 il əvvəl isə Bakıda baş verən qətl hadisələrinin üstü açılıb

Hazırda oxunan: 5 il əvvəl Qubada, 10 il əvvəl isə Bakıda baş verən qətl hadisələrinin üstü açılıb

84966

Cinayətkarlıqla mübarizədə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələr səmərəli təşkil olunub.

Bizim.Media xəbər verir ki, bu, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2022-ci ilin birinci yarımili ərzindəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 5 il əvvəl Quba rayonunun ərazisində 2 nəfərin, 10 il əvvəl isə Bakı şəhəri Yasamal rayonunun ərazisində 1 nəfər vətəndaşın qətlə yetirilməsi cinayətinin üstü açılıb. 
Bundan başqa birgə tədbirlər nəticəsində barəsində axtarış elan edilmiş 5 nəfər saxlanılaraq istintaqa təqdim edilib, 19 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim olunmuş 1 ədəd tapança, 1 ədəd tüfəng, 1 ədəd qumbara və 78 ədəd güllə (7.62 mm) ərazi polis orqanlarına təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO