Yevlaxda media nümayəndələri təltif edildi - FOTO

Yevlaxda media nümayəndələri təltif edildi - FOTO

Hazırda oxunan: Yevlaxda media nümayəndələri təltif edildi - FOTO

84962

Yevlaxda Milli Mətbuat Günü münasibətilə jurnalistlər təltif olunub. 

Bizim.Media-nın məlumatına görə, Yevlax şəhər İcra Hakimiyyəti başçısı Anar Tağıyev jurnalistlərin peşə bayramı münasibəti ilə bölgənin bir qrup fəal media nümayəndəsini qəbul edib.

“Aztv”, “Xəzər TV”, “Eltv” ,”Real tv” kanallarının həmçinin Bizim.Media, “Azərtac” və yerli “Kür” qəzeti təmsilçilərinin iştirakı ilə baş tutan tətbirdə müasir jurnalistikanın tələbləri, azad və ədalətli medianın dövlətçiliyin möhkəmləndirilməsinə yönəlik xidmətləri və vəzifələri haqqında danışılıb.

İcra başçısı Anar Tağıyev medianın çox böyük qüvvə olduğunu qeyd edərək jurnalistləri daim obyektiv olmağa dəvət edib:

"Diqqətlə medianı izləyir və onun müsbət yanaşmalarından yaxşı mənada yararlanmağa çalışırıq. Amma təəssüf ki, bəzi hallarda reallıqdan uzaq, qeyri-obyektiv yazıların şahidi oluruq.

Tənqid faydalıdır, ona açığıq, çünki tənqid inkişafa təkan verir. Yetər ki, hər hansı sahəni əhatə edən materiallar obyektiv və qərəzsiz olsun”.
Görüş maraqlı dialoq şəklində davam edib. Sonda Anar Tağıyev jurnalistləri Fəxri Fərmanla təltif edərək onlara yeni yaradıcı uğurlar arzulayıb.

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO