Azərbaycan Milli Mətbuat Gününün 147-ci ilində qusarlı jurnalist Nəbi Rzayevi yad etmək istəyirəm. 1957-ci ildə Qusarın Həsənqala kəndində doğulan Nəbi çətin, əzablı bir tale yaşayıb. Yeddinci sinifdən məcburən əlil arabasında əyləşməyə məhkim edilən Nəbini 1988-ci ildə Qusarda işləməyə başladığım vaxtdan tanıyırdım.
"Qusar"qəzetinin o zamankı məsul katibi, rəhmətlik Roza Şərifova mənə Nəbi barədə çox danışmışdı. Və bir gün Roza xanımla Həsənqala kəndində Nəbi ilə tanış olmuşdum.
Ailə üzvlərindən, sonradan Nəbinin özündən öyrənmişdim ki, 1972-ci ildə 7-ci sinifdə oxuyarkən Bakıda erməni qadın həkimin hiyləsisinin və guya ki, səhv müalicəsinin qurbanı olub, o vaxtdan çarpayıdan qalxa bilməyib. Nəbinin 1988-ci ildə mənə dediyi bu təsirli sözləri indi də xatırlayıram:
"Bel sütunum ağrıyırdı. Məni Bakıda, Respublika Klinik Xəstəxanasında Sveta Basanyan adlı həkim müalicə edirdi, onun onurğa beynimdə etdiyi səhv əməliyyatı məni yataq dustağı etdi".
Özünü erməni fitnəkarlığının ilk şəhidlərindən sayan Nəbi ömrünün sonuna kimi erməni şovinizminə və erməni vəhşiliyinə nifrət edib. Yataq xəstəsi olsa da mətbuata, jurnalistikaya böyük həvəsi vardı.
Onu ziyarət edən yaxşı insanların sayəsində Nəbi Rzayev Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində qiyabi təhsil alır. Çətinliklə olsa da özündə dözüm tapıb yazıb yaradır. Qusarın rayon qəzetində və dövri respublika mətbuatında müxtəlif səpkili yazıları ilə çıxış edən Nəbi Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.
2010-cu il iyun ayının 22-də ağır xəstəlikdən vəfat edən mərhum həmkarımızı bu gün hörmətlə yad edirəm. Təkcə mən yox, onu şəxsən tanıyan, sevən neçə-neçə insan bu işıqlı insanın ruhunu ehtiramla anır.
Sağlığında evi bir məbəd olan əlil jurnalist Nəbini yoluxanların da demək olar, çoxu dünyasını dəyişib. Xalq artistləri Nəsibə Zeynalova, Əlibaba Məmmədov, Arif Quliyev, yazıçı Qulu Xəlilov, professor Zemfira Verdiyeva Qusara gəlib ən çox onu ziyarət edən məşhurlardan olublar.
Hazırda Qusarın Həsənqala kəndində Nəbinin təmirsiz səliqə-sahmanlı otağı indi də qalmaqdadır. Bu otaq Nəbinin nakam sevgisinin yadigarı lənkəranlı həyat yoldaşı Nazilənin hesabına salamatdı.
Nəbinin vəfatından sonra da bu evi tərk etməyən Nazilənin Nəbi sevgisi barədə isə növbəti yazımızda danışacağıq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:45 / 22.07.2022
Erməni həkimin şikəst etdiyi azərbaycanlı JURNALİST – Aytəkin Alxaslı yazır
Hazırda oxunan: Erməni həkimin şikəst etdiyi azərbaycanlı JURNALİST – Aytəkin Alxaslı yazır
Hazırda oxunan: Erməni həkimin şikəst etdiyi azərbaycanlı JURNALİST – Aytəkin Alxaslı yazır
84945
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.