Baş redaktorlar media əhlini Şuşadan TƏBRİK ETDİLƏR 

Baş redaktorlar media əhlini Şuşadan TƏBRİK ETDİLƏR 

Hazırda oxunan: Baş redaktorlar media əhlini Şuşadan TƏBRİK ETDİLƏR 

84938

Bu gün milli mətbuatımızın, ana dilində ilk qəzetin nəşrə başlamasının 147-ci ili tamam olur. 1875-ci ilin məhz elə bu günü - 22 iyulda görkəmli maarifçi, mütəfəkkir Həsən bəy Zərdabi xalqımızın milli oyanışında, maariflənməsində yeni cığır açaraq “Əkinçi” qəzetinin əsasını qoyub.

Müasir günümüzdə isə hər bir jurnalist “Əkinçilər” statusunu alaraq, peşənin prinsiplərinə, ənənələrini qorumağa, xalqa düzgün, yararlı informasiyalar verməyə çalışır.

Bu gün həm də biz peşə bayramımızı azad, qalib xalqın jurnalistləri olaraq qeyd edirik. Məhz bu gün Şuşada Milli Mətbuat günü münasibəti ilə beynəlxalq media forumun təşkil olunması tarixi və qürurvericidir.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada Beynəlxalq Media Forum keçirilir - FOTO


Bizim.Media olaraq Şuşada keçirilən forumda iştirak edən media nümayəndələrinin möhtəşəm tədbirlə bağlı təəssüratlarını öyrənməyə çalışdıq. 

Bizim.Media-nın baş redaktoru Anar Tahirov öz sevincini bölüşərək bütün həmkarlarını gün münasibəti ilə təbrik edib:

“147 il dövründə ən şanslı jurnalist nəsliyik. İlk dəfə qalib bir Müzəffər Dövlətimizin media nümayəndələri olaraq mətbuat günümüzü Şuşada qeyd edəcəyik. Bu günü bizə yaşadan Ali Baş Komandana, şəhidlərimizə və qazilərimizə borcluyuq”.

“Yeni Müsavat” Media Qrupun rəhbəri Rauf Arifoğlu: 

“Biz Əkinçiyik. Tarlamız beyinlər və ürəklərdir. Ovuc-ovuc söz səpərik. Səpdiyimizi də heç zaman özümüz biçmərik. 147 ildir Azərbaycanda Allahın sözünün mətbu versiyasının kotançıları var. Öncəki nəsil ölər, ötəki nəsil onun məzarına çiçək qoyar. Estafeti belə alar, amma “Əkinçi”lər dayanmaz.

Ölkəmin mətbuat tarixinin zamanla ölçülən yaşının son 33 ilinə mən də möhürümü vurmuşam. Ya da belə hesab edirəm. Yeni Müsavat Media Qrupunun gəlmiş - geçmiş bütün əməkdaşları başda olmaqla, Azərbaycanın media əhlini təbrik edirəm. Allah onun sözünə əsgərlik edən hər kəsi qorusun və ucaltsın”.
“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal:

“Özümüzü - bütün ƏKİNÇİ-ləri təbrik edirəm! Əkdiyimiz sevgi toxumları cücərsin, çiçəkləsin, tarlamızda daim yaşıllıq olsun! Allah böyük Həsən Bəy Zərdabiyə rəhmət eləsin! Bu yolu başlayan, davam etdirən, davam etdirəcək Əkinçi-lərə salam olsun”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO