Dəmir yolu nəqliyyatında KART PROBLEMİ – Bu sistem sərnişinləri niyə istismar edir? 

Dəmir yolu nəqliyyatında KART PROBLEMİ – Bu sistem sərnişinləri niyə istismar edir? 

Hazırda oxunan: Dəmir yolu nəqliyyatında KART PROBLEMİ – Bu sistem sərnişinləri niyə istismar edir? 

84924

Ölkəmizdə birkart sisteminin tətbiqi qeyri-müəyyən səbəblərə görə ləngiyir. Baxmayaraq ki, bu sistemin tətbiqi 20 ildir ki, ortaya atılıb. Lakin, ayrı-ayrı sahələrdə kart sistemi tətbiq edilsə də vahid sistem hələki mövcud deyil.

Götürək nəqliyyat sahəsini, bir neçə kart mövcuddur. Çox təəssüf ki, həmin kartlar bir-birini inkar edir.

Məsələn “Bakkart” dəmir yolunda keçərli deyil. Dəmir yolunda tətbiq edilən kartlarınsa istifadə imkanları çox məhduddur. Bu kartlardan ancaq bir sərnişin istifadə edə bilər. Kart sahibi yanındakı yoldaşının yol xərclərini öz kartı ilə ödəyə bilməz.
Gərəkdir ki, ikinci və üçüncü şəxslərin hər biri özlərinə kart sifariş etsinlər. Bir kartın alış qiyməti isə 2 manatdır. Bu azmış kimi dəmir yollarında kart əldə etməyin özü də bir problemdir. Nə zaman soruşsan “kartımız yoxdur” deyirlər.

Bu da təbii ki, sərnişinlərin haqlı narazılığına səbəb olur.

Problemin mahiyyətini öyrənmək üçün “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. Qurumun sözçüsü Natəvan Bayramova Bizim.Media-ya problemlə tanış olduğunu bildirdi. Amma kartın səmərəsizliyi və qıtlığı ilə bağlı danışmaq istəmədi.

Bildirdi ki, “problemi ətraflı öyrənib, ən qısa zamanda sizə dönəcəm”. Lakin, bir həftədir ki, Natavan xanım biz tərəfə dönmür.
Problemsə sərnişinlərdə ciddi narahatlı doğurur. Ona görə də məsələni gündəmdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO