Xaçmazda jurnalistlər təltif edildi - FOTO

Xaçmazda jurnalistlər təltif edildi - FOTO

Hazırda oxunan: Xaçmazda jurnalistlər təltif edildi - FOTO

84904

Milli Mətbuat günü münasibətilə Xaçmaz İcra Hakimiyyətində tədbir keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bölgənin mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Qarabağ müharibəsində həlak olan şəhidlərin və şəhid jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Xaçmaz İH başçısı Elnur Rzayev Milli Mətbuat günü münasibətilə qələm əhlini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. 

Rayon rəhbəri jurnalistlərlə səmimi söhbət edib.  

“Sizi bilmirəm, mən sizdən çəkinirəm", - deyə zarafat da edib.  

Elnur Rzayev bu gün 90 yaşı tamam olan "Xaçmaz rayon qızetinin kollektivini ürəkdən təbrik edib. Çıxış edən "Xaçmaz" qəzetinin baş redaktoru Zinyət Haqverdiyeva mətbuat orqanının maliyyə çətinliyindən də danışıb və rayon rəhbərliyindən kömək istəyib. 
Elnur Rzayev rayon qəzetinin maliyyə çətinliyi ilə bağlı köməklik ediləcəyinə vəd verib. 

Digər çıxış edənlər də göstərilən diqqətə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər.  

Sonra bir qrup mətbuat nümayəndəsi Xaçmaz İH-nin Fəxri Fərmanı təltif edilib. Bu sətirlərin müəllifi də təltif edilənlər sırasında olub.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO