Jurnalistlər Vüqar Səfərlinin həbsini belə qarşıladılar – Vüqar həbs edildi, Əli haradadır?

Jurnalistlər Vüqar Səfərlinin həbsini belə qarşıladılar – Vüqar həbs edildi, Əli haradadır?

Hazırda oxunan: Jurnalistlər Vüqar Səfərlinin həbsini belə qarşıladılar – Vüqar həbs edildi, Əli haradadır?

8490

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna icraçı direktoru Vüqar Səfərli həbs olunub.

Bizim.Media xəbər verir ki, illər boyu tutduğu vəzifəsindən sui-istifadə edən V.Səfərli bir çox cinayət işləri ilə məşğul olub.

İddiaya görə, o, mediada olan jurnalistlərin bir çoxuna təzyiqlər göstərərək media mafiyası ilə məşğul imiş. İddiaların birində isə, Vüqar Səfərlinin Prezidentin keçmiş ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla əlbir olaraq, bəzi jurnalistləri yanlarına çəkib onlara mediada “casus”luq təklif etməsi bildirilir.

Onların əmrlərinə tabe olan media nümayəndələrinə xüsusi “şəraitlər” yaradılıb, yüksək məqamlara layiq ediliblər.

Lakin öz professionallığını heç nəyə dəyişməyənlər isə dərhal media mafiası tərəfindən “reket” jurnlist adını alıb, hər yerdən qovulublar.

Bu gün Vüqar Səfərlinin həbs edilməsi xəbəri yalan olmasın bir neçə jurnalisti ürəkdən sevindirdi desək, yanılmarıq. Bəzi jurnalistlər bu xəbərə olan ilk reaksiyalarını “Facebook” sosial şəbəkəsində paylaşıb.

Jurnalist, “Demokrat” saytının bas redaktoru Vasif Həsənli Vüqar Səfərli ilə Əli Həsənovun fotosunu paylaşaraq bu sözləri qeyd edib:

“Onlar dövlətin pullarını da bərabər yeyirdilər”.

Əməkdar jurnalist Ləman Ələşrəfqızı isə hisslərini bu sözlərlə bildirib:

“Səfərli həbsxana yöndə səfərə çıxdı deyirlər. Haqq nazilər, üzülməz. Dərs olsun”.

“Yeniçağ” Media Qrupunun rəhbəri, jurnalist Aqil Ələsgər isə öz postunda sonunda ədalətin öz yerini tapdığını bildirib:

“Ədalət gec də olsa, təcəlli etdi! “Reket dələduz Vüqar Səfərli həbs olundu”.

Gənc jurnalist Günel Musa məsələyə yumor hissi ilə yanaşıb:

“Adamlar facebookda; Ayıbdı yıxılana balta vurmazlar. Adam ölənlə həbs olunanın ardından bu qədər sevinc çığlıqları atarmı? Nrç, nrç,  Allahdan qorxun!.. Hansımız günahsızıq, hansımız mükəmməlik ki?.. Həmin adamlar ürəklərində: "Şərəfsiz al cəzanı. Gedişin olsun dönüşün olmasın. Gorbagor olmuş”...

Gənc jurnalist İlkin Pirəli isə Vüqar Səfərlinin əmlakının da müsadirə olunmasının vacibliyini vurğulayıb:

“Vüqar Səfərli həbs edilib. Əmlakı da müsadirə olunmalıdır”.

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev isə:

“Vüqar Səfərli həbs edilib. Əli Həsənov haradadır?”,- deyə B.Hacıyev qeyd edib.

Vüsalə Balayeva, Bizim.Media












 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO