Təbii resurslardan dayanıqlı və davamlı istifadə təmin olunacaq. Ətraf mühitə dost sənayeləşmə təşviq ediləcək.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Sənəddə qeyd edilib ki, bu məqsədlə tullantıların səmərəli idarə olunması sistemi inkişaf etdiriləcək. Hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sistemi müasirləşdiriləcəkd.
Bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması və akvakulturanın inkişafı təmin olunacaq, meşə ilə örtülü ərazilərin və yaşıllıqların mühafizəsi gücləndiriləcəkdir. Nəticədə, ölkə üzrə ümumi ərazidə yaşıllığın payı 12%-dən 12,3%-ə çatdırılacaq.
İstifadəyə yararsız torpaq sahələrinin payı 25%-dən 15%-ədək azalacaq. Əhalinin içməli su ilə təminatı 70%-dən 85%-ə, suvarma suyu ilə təminatı 80%-dən 90%-ə çatacaq. Tullantıların təkrar emalı prosesinin əhatə dairəsi 20% (regionlarda 10%) təşkil edəcəkdir.
Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin ümumi sahəsinin ölkənin ümumi torpaq fonduna nisbəti 10,5% olacaq. Meşə fondunun 65%-i inventarlaşdırılacaq. Torpaqların 30%-də aqrokimyəvi analizlərin aparılması təmin olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:49 / 22.07.2022
Əhalinin içməli su təminatı 85%-ə çatdırılacaq
Hazırda oxunan: Əhalinin içməli su təminatı 85%-ə çatdırılacaq
Hazırda oxunan: Əhalinin içməli su təminatı 85%-ə çatdırılacaq
84897
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.