Beyləqanda şəhid ailələrinə yeni mənzillər təqdim olundu - FOTO 

Beyləqanda şəhid ailələrinə yeni mənzillər təqdim olundu - FOTO 

Hazırda oxunan: Beyləqanda şəhid ailələrinə yeni mənzillər təqdim olundu - FOTO 

84877

Beyləqanda 10 şəhid ailəsinə yeni mənzillər təqdim olunub. 

Bizim.Media xəbər verir ki, mənzillərin orderlərinin təqdimetmə mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı və şəhid ailələri iştirak edib. 

Apa.az-ın məlumatına görə, tədbirdə çıxış edən nazir müavini Hidayət Abdullayev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Zəfər qazandığı Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə Nazirlik tərəfindən şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı sosial dəstək paketi icra olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Növbədə olan bütün şəhid ailələri evlə təmin ediləcək


Bu sosial dəstək paketi 100 mindən artıq şəhid ailəsi üzvü və müharibə iştirakçısını əhatə edib, onlara 193 min sosial dəstək xidməti göstərilib. 

Nazir müavini mühüm sosial dəstək tədbirlərindən birinin də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı olduğunu vurğulayıb. 

Qeyd edib ki, bu proqram ötən il 5 dəfə genişləndirilib. 2021-ci ildə şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən bəri 600-dən çox mənzil verilib. 

Postmüharibə dövründə 3600-dən, ümumilikdə ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Bu ilin avqust-sentyabr aylarında daha 500 mənzil və fərdi ev bu kateqoriyalardan olan vətəndaşlara veriləcək. 
Yeni mənzillərlə təmin edilən şəhid ailələri diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə tam təmirli yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO