Müdafiə Nazirliyinin media monitorinqinin NƏTİCƏLƏRİ  

Müdafiə Nazirliyinin media monitorinqinin NƏTİCƏLƏRİ  

Hazırda oxunan: Müdafiə Nazirliyinin media monitorinqinin NƏTİCƏLƏRİ  

84868

2022-ci il yanvar ayının 1-dən iyun ayının 30-dək Müdafiə Nazirliyində mətbuat sahəsində görülən işlər barədə yarımillik hesabat hazırlanıb.

Bizim.Media Nazirliyə istinadən xəbər verir ki, hesabat dövründə qurumun rəsmi internet səhifəsində (www.mod.gov.az) 461 məlumat Azərbaycan, rus və ingilis dillərində yerləşdirilib.

Eyni zamanda, nazirliyin rəsmi feysbuk səhifəsində 489, instaqramda 648, teleqramda 648 məlumat, tviterdə 547 tvit, yutub kanalında isə 199 videomaterial paylaşılıb.

Nazirliyin rəsmi internet səhifəsində hərbi-vətənpərvərlik və digər mövzularda keçirilən tədbirlərlə bağlı 2279 foto və 199 video material yerləşdirilib. Bundan başqa, kütləvi informasiya vasitələrindən (KİV) Azərbaycan, rus və ingilis dillərində daxil olan 51 sorğu cavablandırılıb.
Müvafiq dövrdə KİV-dən daxil olan 132 müraciət araşdırılıb və çəkilişlərin təşkil edilməsi üçün zəruri köməklik göstərilib.

Hesabat dövründə geniş ictimaiyyətin məlumatlandırılması və KİV-lə işin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinə, nazirliyin idarə və xidmət, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə, xüsusilə də azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrə və dövlət sərhədində yerləşən döyüş mövqelərinə ümumilikdə 16 media-tur təşkil olunub.

Media-turlar çərçivəsində jurnalistlər hərbi qulluqçularla görüşüb, onlardan müsahibələr alıb, şəxsi heyətin xidməti, döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə tanış olublar.
Hesabat dövründə yerli və xarici mətbuat, eləcə də sosial şəbəkələrdə maraq doğuran 15022 məlumat monitorinq olunaraq təhlil edilib.

“Vətəndaşların müraciətləri haqqında” qanunu və Azərbaycan Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, Müdafiə Nazirliyinin [email protected][email protected] elektron poçt ünvanlarına daxil olan 5272 müraciət cavablandırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO