“Xankəndi”x9d sənədli filminin təqdimatı keçirildi- FOTO

“Xankəndi”x9d sənədli filminin təqdimatı keçirildi- FOTO

Hazırda oxunan: “Xankəndi”x9d sənədli filminin təqdimatı keçirildi- FOTO

84855
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Xankəndi”x9d sənədli xa0filminin təqdimatını keçirilib. Filmdə əzəli Azərbaycan ərazisi olan Dağlıq Qarabağımızın mərkəzi Xankəndinin dünənini və bugününü özündə əks etdirən, müxtəlif zaman kəsiklərində burada gedən proseslərdən, iri bir sənaye şəhərinə çevrilməsindən, erməni separatçılarının ilk hücumlarından və orada yaşayan azərbaycanlıların deportasiyaya məruz qalmasından bəhs edilir.

Filmin birinci hissəsində Qarabağ xanı İbrahim Xəlil xanın dövründə Xankəndinin formalaşması prosesi arxiv sənədləri əsasında təsvir edilir.

Daha sonralar Mehdiqulu xanın dövründə Qarabağ xanlığının ləvğ olunması, Qarabağın və Azərbaycana məxsus digər ərazilərin, o cümlədən Xankəndinin süni şəkildə erməniləşdirilməsinə başlanılması ön plana çəkilir. Filmin ikinci hissəsində Xankəndi şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğal olunması prosesi, bu günə qədər Xankəndi şəhərində süni şəkildə erməniləşdirilməsi prosesinin davam etdirilməsi vurğulanır. Bundan başqa ölkə rəhbərliyinin Xankəndindən olan məcburi köçkünlərə diqqət və qayğısı, həmçinin Xankəndi şəhərinin hazırki əhalisi barədə statistik məlumatlar filmdə öz əksini tapıb.

Təqdimat mərasimində millət vəkilləri Flora Qasımova, Qənirə Paşayeva, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndələri, QHT sədrləri, KİV nümayəndələri, Xankəndi sakinləri iştirak edib. xa0

Qeyd edək ki, film “Xankəndi”x9d Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilib. xa0
“Xankəndi”x9d sənədli filminin təqdimatı keçirildi- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/6669.jpg">“Xankəndi”x9d sənədli filminin təqdimatı keçirildi- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/6670.jpg">“Xankəndi”x9d sənədli filminin təqdimatı keçirildi- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/6671.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO