Cəlilabad rayonunda qətl hadisəsi törədilib.
Bizim.Media-nın cənub bürosunun məlumatına görə, rayonun Səttarxan küçəsində bıçaqla qətlə yetirilmiş kişi və qadın meyitləri aşkar edilib.
İlkin məlumata görə, onlar bıçaqla qətlə yetirilib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirlyinin məlumatında bildirilir ki, Cəlilabad Rayon Polis Şöbəsinə iyulun 22-də saat 4 radələrində rayon sakini Könül Şahmarovanın yaşadığı evinin həyətində onun və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitləri tapılması barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla hadisənin K.Şahmarovanın qaynı, Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:38 / 22.07.2022
Cəlilabadda iki nəfər qətlə yetirilib
Hazırda oxunan: Cəlilabadda iki nəfər qətlə yetirilib
Hazırda oxunan: Cəlilabadda iki nəfər qətlə yetirilib
84846
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.