Böyükləri cizgi filmlərini izləməyə məcbur edən MARAQLI SƏBƏBLƏR 

Böyükləri cizgi filmlərini izləməyə məcbur edən MARAQLI SƏBƏBLƏR 

Hazırda oxunan: Böyükləri cizgi filmlərini izləməyə məcbur edən MARAQLI SƏBƏBLƏR 

84793

Bir zamanlar cizgi filmləri uşaqların imtiyazı sayılırdı, böyüklərsə adətən uşaqlarla birlikdə onları izləyirdi. Lakin son dövrlərdə böyüklər arasında cizgi filmlərinə maraq daha çox müşahidə olunur. 

Bir çox hallarda yetkinlik yaşına çatmış şəxslərin bu marağı onların qayğısız uşaqlıq illərini xatırlmaq və sadəcə nostalgiya hiss etmək istəmələri ilə izah olunur.
Bəs, cizgi filmlərinin populyarlığının sirri nədədir?

İlk səbəb cizgi filmlərinin psixoloji korreksiya üsulu olan nağıl terapiyasına əsaslanmasıdır. Nağılın köməyilə insanların psixi problemlərini həll etmək olar. Çünki nağılllar təkcə şüuru deyil, həm də şüursuzluğu özündə ehtiva edir. Və nağıllarda olduğu kimi, cizgi filmləri də tez-tez reallıqla paralel çəkilir, xüsusilə də obrazların metoforikliyi burada daha çox hiss edilir.

Digər mühüm amilsə ondan ibarətdir ki, cizgi filmlərində insanın üç eqo halından biri olan uşaq (digərləri yetkin və valideyndir) iştirak edir.

Eqonun bu halı uşaqların reaksiyaları və kortəbiiliyidir, eyni zamanda bunlar bizim qorxularımız, incikliklərimiz, şıltaqlıqlarımız və əyləncələrimizdir. 

Növbəti önəmli faktor kimi isə cizgi filmlərinin daha geniş mənaları və mesajları özlərində ehtiva etməyə başlamasını göstərə bilərik. Onlar müxtəlif sosial problemlərə xüsusi diqqətlə toxunurlar. Təbii ki, uşaqlar bunu özünəməxsus şəkildə başa düşsə də, böyüklər verilən mesajları dərk edir və daha diqqətlə cizgi filmlərini izləyirlər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Fərqanə Mehmanqızı qeyd edib ki, cizgi filmlərini uşaqlar qədər maraqla izləyən yetkinlik yaşına çatmış şəxslərin hər hansı psixloji probleminin olduğunu söyləmək doğru olmazdı:

“Eyni zamanda bu janrda filmləri sevən böyüklərin uşaq vaxtı cizgi filmlərini doyunca seyr edə bilmədikləri ilə bağlı psixoloji travma və gərginliklərinin olduğunu da düşünmürəm.
Sadəcə olaraq cizgi filmlərini elə bir dəsti-xətti olur ki, onlar birbaşa insanların diqqətini cəlb etməyə hesablanır. Bu da uşaqların diqqətini çəkdiyi kimi, böyüklərin də marağına səbəb olur. Və bu normal hal kimi qəbul olunmalıdır”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO