Qarabağda yaradılan xidmətlərin FƏALİYYƏT İSTİQAMƏTLƏRİ 

Qarabağda yaradılan xidmətlərin FƏALİYYƏT İSTİQAMƏTLƏRİ 

Hazırda oxunan: Qarabağda yaradılan xidmətlərin FƏALİYYƏT İSTİQAMƏTLƏRİ 

84790

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyət istiqamətləri müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanları ilə təsdiq edilən müvafiq nizamnamələrdə əksini tapıb. 

Fərmana əsasən, Xidmətlərin fəaliyyət istiqamətləri aşağıdakılardır: 

- müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək; 

- müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binaları, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək, müvəqqəti idarə etmək; 

- müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatı idarə etmək; 
 
- müvafiq ərazidə abadlaşdırma və yaşıllaşdırma işlərini təşkil etmək; 

- müvafiq ərazidə yerləşən, ümumi istifadədə və balansında olan şəhər avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO