“Məni çətinliklərdən ailəm və dostlarım çıxarır” - Tanınmış jurnalist Məhsim Məhsimovla SƏMİMİ SÖHBƏT 

“Məni çətinliklərdən ailəm və dostlarım çıxarır” - Tanınmış jurnalist Məhsim Məhsimovla SƏMİMİ SÖHBƏT 

Hazırda oxunan: “Məni çətinliklərdən ailəm və dostlarım çıxarır” - Tanınmış jurnalist Məhsim Məhsimovla SƏMİMİ SÖHBƏT 

84785

Çölçü Obasında iki dost görüşdülər. İxtisasları eyni olmasa da, onları yaxınlaşdıran hər ikisinin yaradıcı insan olmaları və mediada çalışmaları idi.  

Bizim.Media xəbər verir ki, Çölçü Obasında çölçü qəhvəsinin dadına baxıb rejissor Eltən Törəçinin yaradıcı yönətmən olduğu “Çöldə Yaşam Öyüdləri” verilişinin qonağı “ARB GÜNƏŞ” televiziyasının rəhbəri Məhsim Məhsimov oldu.  

Verilişin ənənəsinə sadiq qalaraq söhbət Məhsim Məhsimovun həyatını formalaşdıran, uşaqlıqda hansı öyüdlərlə yaşa dolmasından başladı.  

Uşaq yaşlarından valideynlərindən aldığı öyüdlərdən başqa, sonralar özünün də vurğuladığı kimi, “həyatının yönünü” dəyişən bir hadisə də ona əsl öyüd olub.   

Kitab oxumağın rolu, efirlərdə yayımlanan uşaq verilişləri və sovet dönəmində Azərbaycan xalqına mənimsədilən yanlış alqılar kimi önəmli mövzuların danışıldığı verilişdə, eyni zamanda Məhsim Məhsimovun yazdığı şerlərdən, dostlarının necə və kimlərin arasından seçdiyindən danışıldı.  
Onu da xatırladaq ki,  21 iyul uzun illər media sahəsində çalışan “ARB Günəş” televiziyasının rəhbəri Məhsim Məhsimovun doğum günüdür. 

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO