Zakir Həsənova ultimatum kimi müraciət

Zakir Həsənova ultimatum kimi müraciət

Hazırda oxunan: Zakir Həsənova ultimatum kimi müraciət

84748
Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 13/16, mənzil 15 ünvanında yaşayan Əhmədova Günay İmran qızı Moderator.az vasitəsilə müdafiə naziri Zakir Həsənova müraciət ünvanlayıb:

Cənab Nazir!

Mən 01.06.2015-ci il və 04.07.2015-ci il tarixlərdə Sizə və Ölkə Prezidentinə müraciət etmiş Şəmkir Birləşməsində hazırda xidmət edən mayor Əhmədov Bilal Əziz oğlunun həyat yoldaşıyam.

Cənab Nazir!

Sizdən aşağıdakı suallarımı cavablandırmağı xahiş edirəm:

1. Nə üçün həyat yoldaşımın hərbi xidmətdən ehtiyata buraxılmaq haqqında Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qərarı indiyə qədər icra olunmayıb?

2. Nə üçün mənim həyat yoldaşım Ali Baş Komandanı və Sizə müraciət etdikdən sonra birləşmə komandiri tərəfindən fiziki təzyiqə məruz qalmışdır? Ona bu hüququ kim vermişdir?

3. Nə üçün mənim həyat yoldaşım Ali Baş Komandana və Sizə müraciət etdikdən sonra o qondarma “şərəf məhkəmə”x9dsinin qərarı ilə hərbi rütbədən 1 pillə aşağı salınması barədə Sizə təqdimat göndərilir? Nə üçün başqalarının törətdiyi cinayət onun üstünə atılır?

4. Türkiyə Respublikası Quru Qoşunlarının Ali Hərbi Məktəbini bitirən, həyatının 40 ilinin 22 ilini Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə sərf edən, “mayor”x9d rütbəsində olan həyat yoldaşıma qarşı bu qədər kin-küdurət, nifrət haradan qaynaqlanır?

5. Məgər sizin general-leytenant rütbəsində olan birləşmə komandiri bilmir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin məhkəmə təminatı hüququ var? Məgər o bilmir ki Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmə qərarı dövlətin adında çıxarılır və onun icra olunması hamı üçün məcburidir. Bəlkə generallar üçün Konstitusiya və Qanunlar mövcud deyil?

Cənab Nazir!

Əgər mənim həyat yoldaşıma qarşı olan təzyiqlərə son qoyulmasa, məhkəmə qərarı icra olunmasa mən uşaqlarımla birlikdə Azərbaycan Respublikası vətəndaşlığından imtina edərək xarici ölkələrin birinə sığınacaq almaq üçün müraciət etmək məcburiyyətində qalacağam.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO