Şəmkir rayon polis şöbəsinə daxil olmuş çox saylı müraciətlər əsasında vətəndaşlara sosial mənzil, pensiya, işə qəbul və sosial yardım düzəltmək adı ilə dələduzluq edən şəxs saxlanılıb.
Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, qeyd olunan faktlara əsasən rayon sakini Yeganə Yusifova polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, bu faktlardan başqa daha bir neçə vətəndaşa məxsus qızıl-zinət əşyalarını da almaq adı ilə külli miqdarda vəsaiti ələ keçirmiş və pulunu ödəməmişdir.
Polis onu da müəyyən edib ki, Yeganə Yusifova 2 vətəndaşın fala baxmaq və cadu etmək adı altında ayrı-ayrılıqda 6000 və 600 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Saxlanılan şəxs ümumilikdə 21 nəfərdən 56940 manat pulu dələduzluq yolu ilə mənimsəyib. Faktla bağlı Cinayət Məcəlləsinin178-ci maddəsinin (Dələduzluq) müvafiq bəndi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.
Məqsəd Rəhimov, Bizim.Media Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:28 / 21.07.2022
Şəmkirdə vətəndaşları dolandıran qadın saxlanıldı - 60 min manat...
Hazırda oxunan: Şəmkirdə vətəndaşları dolandıran qadın saxlanıldı - 60 min manat...
Hazırda oxunan: Şəmkirdə vətəndaşları dolandıran qadın saxlanıldı - 60 min manat...
84737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.