Şəhid polkovnik-leytenant Soltan Məmmədovun anım gününə həsr olunmuş “Təki Vətən Yaşasın” adlı tədbir keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbir Suqovuşanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Tərtər RİH-nin başçısı Müstəqim Məmmədov, “Zəfər” İB-nin sədri Sevinc Alızadə, Millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Sahib Alıyev, şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, şəhidin ailə üzvləri, yazıçı-publisist Həmid Herişçi, Şəhid polkovnik-leytenant Soltan Məmmədovun xatirəsinə həsr olunmuş “Yuxuda görmüsən” kompozisiyasının müəllifi, Bakı Musiqi Akademiyasının professoru, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xanımı Könül Hüseynova, şəhidin döyüş yoldaşları, vətən müharibəsi qaziləri, şəhid ailələri və media nümayəndələri iştirak ediblər.
Tədbir Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən “Zəfər” İB-nin sədri Sevinc Alızadə layihə haqqında geniş məlumat verib və layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Sonra çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bu cür tədbirin keçirilməsi üçün təşəkkür edərək bildirib ki, Agentliyin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan “Zəfər” İB –nin “Zəfər – yay məktəbi” layihəsinin tərkib hissəsi olan “Təki Vətən Yaşasın” adlı bugünki ilk tədbiri reallaşır.
Məhz polkovnik-leytenant Raquf Orucov, polkovnik-leytenant Soltan Məmmədov və minlərcə igidlərimizin qanı bahasına alınan azad Suqovuşanımızda bu cür layihənin gerçəkləşməsi qürurverici andır.
“Şuşa İli” çərçivəsində azad Qarabağımızın hər bir guşəsində keçiriləcək tədbirlər bu yerlərdə qəhrəman oğullarımızın hər zaman qəlbimizdə yaşadığını bariz nümunə olaraq göstərəcək.
Bu kimi qəhrəmanların həyat yolundan örnək almalı, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq.
Sonra çıxış edən digər natiqlər Tərtər RİH-nin başçısı Müstəqim Məmmədov, millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Sahib Alıyev, yazıçı-publisist Həmid Herişçi, Vətən Müharibəsi qazisi-Elnur Salahov, Vətən Müharibəsi qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin atası-Vaqif Əliyev, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xanımı Könül Hüseynova tədbirlə bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, o insan vətənpərvərdir ki, doğma Vətənini müdafiə etsin, mədəniyyətinin, adət-ənənələrinin qorunmasının cəfakeşi olsun, bayrağını uca tutsun. Qəhrəmanlarımız Azərbaycan Ordusunda nümunəvi xidmət etməklə, işğal olunmuş torpaqlarımızı azad etməklə öz ali məqsədlərinə çatıblar.
Şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı T.Məmmədova bildirib ki, Soltan üçün Vətən anlayışı ən ali dəyər idi. O, S.Məmmədovun xatirəsinə həsr edilən film üçün əməyi keçən hər kəsə təşəkkür edərək, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açaraq bildirib ki, bunlar şəhid ailələri üçün təsəllidir.
Tədbir Azərbaycanın xalq artisti Samir Cəfərovun ifasında “Yuxuda görmüsən” kompozisiyasının təqdimatı ilə yekunlaşıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:12 / 21.07.2022
Şəhid polkovnik-leytenant Soltan Məmmədovun xatirəsi anılıb – FOTO
Hazırda oxunan: Şəhid polkovnik-leytenant Soltan Məmmədovun xatirəsi anılıb – FOTO
Hazırda oxunan: Şəhid polkovnik-leytenant Soltan Məmmədovun xatirəsi anılıb – FOTO
84733
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.