STOP SUICIDE - İntihar xəbərləri cəmiyyəti hara aparır?

STOP SUICIDE - İntihar xəbərləri cəmiyyəti hara aparır?

Hazırda oxunan: STOP SUICIDE - İntihar xəbərləri cəmiyyəti hara aparır?

84700

Professor Qulu Məhərrəmli bildirir ki, jurnalistiakada qadağan olunmuş mövzular var. 

Bizim.Media-ya açıqlamasında tanınmış jurnalist qeyd edib ki, intihar xəbərləri bu kateqoriyaya aid olmasa da amma xüsusi həssalıq tələb edən məsələdir: 
 

MÖVZU İLƏ BAĞLI:

“Gəlin, İP xatirinə intiharı təbliğ etməyək” –  Vasif Həsənli


“Burda ölçü hissi olmalıdır. Redaktor bu xəbəri yerləşdirərkən oxucunun sosial-psixoloji durumunu nəzərə almalıdır. Çünki, istənilən pis xəbər informasiya qəbul edən şəxsdə müəyyən hisslər yaradır. Bəzən isə bu travmaya çevrilir. Və sonda insan bu travmanın qurbanı olur. Ona görə də intihar xəbərləri müasir jurnalistikanın ən ağrılı yeridir. Bu tip xəbərlərin yayılması infarmatorluqdan daha çox təhrikçilikdir”.

Qulu Məhərrəmlinin sözünə qüvvət, ən pisi də odur ki, intihar xəbərləri yerləşdirilərkən redaktor daha dəhşətli bir mənzərənin fotosuna müraciət edir.

Bu isə jurnalsitikaya yad bir yanaşmadır. Çünki, istər başlıq, istərsə də foto birbaşa yazının məzmununa və hadisəyə aid olmalıdır Oxucu cəlb eləmək üçün kiminsə faciəsini alətə çevirmək nə insanlığa, nə də ki, peşəkar jurnalistikaya yaraşan hal deyil.

Senzuranın olmadığı indiki vaxtda istər elektron, istərsə də yazılı mətbuatın ən çox yer verdiyi mövzulardan biri məhz intiharlardır. İstər ölkə daxilində, istərsə də ölkə xaricində baş vermiş intihar hadisələrini redaktorlar çağırışçı başlıqlarla manşetə daşıyırlar. Bu zaman redaktoru intihar edənin kimliyi, intihar səbəbi və onun yaxınlarının hansı psixoloji durumda olması yox, başlığın daha cəlbedici olması maraqlandırır.

Amma qoyulan xəbərin oxucuda hansı gərginlik yaratdığını, hansı psixoloji sarsıntıya səbəb olmasını redaktoru əsla düşünmür.

Amma “Bakıda gənc qız intihar etdi” və yaxud “gənc oğlan özünü hündürmərtəbəli binadan atdı” başlığını görən oxucu ilk anda əzizlərini göz önünə gətirir. Və həmən xəbəri açıb oxuyur. Baş verən hadisənin ondan uzaq olduğunu bilənə qədər oxucu necə deyərlər “min dəfə ölüb-dirilir”. Bu həyəcan isə həmin oxucunun sonradan psixikasında fəsadlara yol açır.
 

Sosial və elmi mərkəzlərin yüzlərlə araşdırmaları zamanı məlum olub ki, heç bir cəmiyyət neqativlərə hazır deyil. Bu proses bəlli məcraya gedib çıxana qədər xeyli bədbəxt hadisələrə şahidlik etmiş oluruq.


İntihar xəbərlərinin müasir ötürülmə metodu özündə ciddi təhlükə daşımaqda davam edir. Bununsa qarşısını hər hansı inzibati üsulla deyil, peşəkarlıq və vətəndaşlıq hissi dayandıra bilərik. Əgər o da bugünkü xaosa bürünmüş jurnalistikamızın umurunda olarsa... 


QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO