Bərdədə qəzada ölən və xəsarət alanların kimliyi açıqlandı – YENİLƏNİB - FOTO

Bərdədə qəzada ölən və xəsarət alanların kimliyi açıqlandı – YENİLƏNİB - FOTO

Hazırda oxunan: Bərdədə qəzada ölən və xəsarət alanların kimliyi açıqlandı – YENİLƏNİB - FOTO

84699

Bərdə rayonunda baş vermiş ağır yol nəqliyyatı hadisəsində həlak olan və xəsarət alanların kimliyi məlum olub. 

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, həlak olan şəxs Bərdə rayon İmirli kənd sakini, 1986-cı il təvəllüdlü  Eyvazova Şəhla Dadaş qızıdır. 

Həziyev Əhəd Mehbalı oğlu, Zeynalova Afaq Mehbalı qızı, Həziyeva Mülayim Məmiş qızı, Dadaşov Ələmdar Məhərrəm qızı, Calalov Sədi Cəlal oğlu, Hüseynov Kənan Həsən oğlu isə müxtəlif bədən xəsarətləri alıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu


*** 11.23

Bərdə rayonunda avtomobillər toqquşub, ölən var.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 20-də saat 19 radələrində rayonun Əliyanlı kəndi ərazisində Əhəd Hacıyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili önündə gedən “Toyota” markalı avtomobilə vurub və qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Ə.Hacıyevin sərnişini Şəhla Eyvazova orada ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO