Şamaxı rayonunda iki nəfər suda boğularaq ölüb.
Bizim.Media xəbər verir ki, bu gün axşam saat 20:00 radələrində rayonun Əngəxaran kənd sakinləri, 2006-cı il təvəllüdlü Ağacan Lətifov və həmyaşıdları Rəvan Mirzəyev, Fərid Rəcəbov Qızmeydan kəndi ərazisində yaradılmış süni göldə çimərkən boğulub.
Ağacan Lətifov hadisə yerində, Rəvan Mirzəyev isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Həkimlərin səyi nəticəsində Fərid Rəcəbovun həyatını xilas etmək mümkün olub. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır (APA).
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:00 / 20.07.2022
Şamaxıda 2 yeniyetmə göldə boğularaq öldü
Hazırda oxunan: Şamaxıda 2 yeniyetmə göldə boğularaq öldü
Hazırda oxunan: Şamaxıda 2 yeniyetmə göldə boğularaq öldü
84641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.