Avropa yəhudilərinin lideri Qubaya səfər etdi - FOTO

Avropa yəhudilərinin lideri Qubaya səfər etdi - FOTO

Hazırda oxunan: Avropa yəhudilərinin lideri Qubaya səfər etdi - FOTO

84617

Bu gün Avropa Ravvinləri Konfransının icraçı direktoru və aparat rəhbəri Qadi Qroniçin başçılıq etdiyi nümayəndə heyəti Qubaya səfər edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfərdə qonağı  Avropa Ravvinləri Konfransının hüquq departamentinin rəhbəri Şorena Mikava, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Gürcü Yəhudilərinin Bakı Dini İcmasının sədri Zamir İsayev və Dini Qurumlarla İş üzrə Dövlət Dövlər Komitəsinin nümayəndəsi Səfər Səfərli müşayiət edib.

Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısının 1-ci müavini Tariyel İbrahimov qonaqları salamlayıb, onlara rayon haqda geniş məlumat verib.

Sonra qonaqlar dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə olub, sineqoqlara baş çəkiblər. Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyinə baş çəkiblər.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO