“Son günlər mediada intihar xəbərlərinin tirajlanması məsələsi aktuallaşıb. Həqiqətən də xəbər lentində bu tip informasiyaların çoxaldığı müşahidə olunur. Xəbərçilik prinsipindən yanaşdıqda medianın “hadisəni işıqlandırması” olaraq qəbul edilə bilər, yaxud bu xəbərlərdən İP “tutduqları” da ayrı bir gerçəkdir. Amma doğrudurmu?”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında “Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli bildirib.
“Bu sual həmişə aktual olub, indi yenə gündəmdədir. Kimlərsə bunu normal qarşılaya bilər, amma peşəkar mediada bu yanaşma qəbuledilməzdir. Çünki hədəf kütləsi insandır və nəzərə alınmalıdır ki, oxucuya nə təqdim edilirsə, onu oxuyurlar. Oxucuya hər gün intihar xəbərinin təqdim edilməsi bu əməlin adiləşməsi, bu əməlin adiləşməsi isə asan çıxış yolu kimi qəbul edilməsi deməkdir. Yəni intihar xəbərləri hadisənin işıqlandırılmasından daha çox, intiharın təbliğatına çevrilir.
Beynəlxalq statistikaya görə, ən çox intihar halı Skandinaviya ölkələrində yaşanır. Lakin bu ölkənin mediasında intihar xəbərləri Azərbaycanla müqayisədə daha azdır. Bəs, bizdə intiharı bu qədər təbliğat etməyə nə ad verək? Bütün hallarda İP xatirinə insan psixologiyasına mənfi təsir edəcək addım atılmamalıdır.
Jurnalistikanın peşə etikası da, “Media haqqında” qanun da xəbər siyasətini bu cür qurulmasına qarşıdır.
Gəlin, İP xatirinə intiharı təbliğ etməyək”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:22 / 20.07.2022
“Gəlin, İP xatirinə intiharı təbliğ etməyək” – Vasif Həsənli
Hazırda oxunan: “Gəlin, İP xatirinə intiharı təbliğ etməyək” – Vasif Həsənli
Hazırda oxunan: “Gəlin, İP xatirinə intiharı təbliğ etməyək” – Vasif Həsənli
84596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.