Müəllimlər imtahan nəticələrinin ləğvini niyə tələb edir? - TƏFƏRRÜAT  

Müəllimlər imtahan nəticələrinin ləğvini niyə tələb edir? - TƏFƏRRÜAT  

Hazırda oxunan: Müəllimlər imtahan nəticələrinin ləğvini niyə tələb edir? - TƏFƏRRÜAT  

84546

Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində baş verən olaydır. Beləki, riyaziyyat fənnindən 3 sualın cavabı imtahandan 1 gün əvvəl bəzi namizədlərə ötürülüb. Bunun nəticəsində 4 min müəllimin haqqına girilib. Təhsil İnstitunun direktoru Rüfət Əzizov belə bir faktın olmasını etiraf edib. Məlum olub ki, Təhsil İnstitunun sifarişi ilə riyaziyyat fənni üzrə sual hazırlayan ekspert Siracəddin Quluzadə 3 sualın cavabını üçüncü tərəfə ötürüb.

Siracəddin Quluzadə üzr istədi, hər şey bitdimi?!

Məsələ ictimailəşəndən sonra Siracəddin müəllim bildirib ki, guya bu texniki qüsur səbəbindən olub. Bilmiyərəkdən sualın cavabları üçüncü tərəfə ötürülüb.

Qəribə məntiqdir. Dövlətdən hazırladığı suallara görə qonarar alasan, sonra da tamahına sahib çıxa bilməyəsən, sualların cavabını üçüncü tərəfə ötürəsən. Və sonradan efirə çıxıb deyəsən ki, “bağışlayın, səhv eləmişəm”.  İstənilən səhv hüquqi məsuliyyət yaradır. Sürcünün səhvi də, müəllimin səhvi də, həkimin səhvi də... Sonda bu səhvlər yuvarlaqlanaraq dövlətə dəyir. Nəticədə, dövlətin imici zədələnir. Dövlət qurumunun adına ləkə gəlir. 

Vətəndaşın səhvi niyə dövlətin ayağına yazılır?

Əslində isə bu tip məsələlərdə dövlət qurumları deyil, dövlət qurumlarının etimad etdiyi vətəndaşlar günahkardır. Və onlar ən sərt formada cəzalandırılmalıdır. Götürək elə Siracəddin Quluzadəni. Bu insana dövlət qurumları əməkdaşlıq əli uzadır, birgə fəaliyyət imkanları yaradır. Nəticədə isə dövlətin uzatdığı əl çirkaba bulaşır. Siracəddin müəllim də üzr istəməklə işini bitmiş hesab edir. Axı, bu iş üzr istəməklə bitmir.

Burda həm dövlətin hansısa institutunun neqativ yöndə adı hallanır, həm də ki, bu quruma ümidlə üz tutan minlərlə insanın inamı qırılır. Təsadüfi deyil ki, hazırda Siracəddin Quluzadənin “səhvi”nin bədəlini imtihanda iştirak edən müəllimlər dövlətə ödətdirmək istəyir. Dövlət qurumdan tələb olunur ki, imtahanın nəticələri ləğv olunsun. Amma heç kim Siracəddin Quluzadənin üzərinə getmir. Ona görə ki, heç də hamımız hər zaman ədalətli olmuruq. Öz maraqlarımız üçün dövləti borclu və günahkar çıxardırıq. Günahkarsa kənarda qalır. Və günahkarın cəzasız qalması növbəti biabırçılıqlara yol açılır. 

Niyə Siracəddin Quluzadənin cəzalanması tələb olunmur?
 

Normalda Siracəddin Quluzadə hüquqi məsuliyyətə cəlb olunmalıdır. Çox təəssüf ki, bunu iddia edənlər yoxdur. İmtahanın nəticələrindən narazı elektorat Təhsil Nazirliyindən hesab soruşur.


Olduqca parodaoksal vəziyyətdir. Günahkar göz qabağında olsa da heç kim, onu görmək istəmir. Çünki, şikayətçilərə ədalətin bərqərar olması və günahkarın cəzalanması lazım deyil. Onları daha çox imtahanın nəticələrinin ləğvi məsələsi maraqlandırır. Və imtahanda zəif nəticə göstərən müəllimlər bunu özləri üçün növbəti şans hesab edirlər. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO