“Bunu problemə çevirməyi doğru hesab etmirəm” - SSRİ təbliğatına Fazil Mustafadan təəccüblü MÜNASİBƏT

“Bunu problemə çevirməyi doğru hesab etmirəm” - SSRİ təbliğatına Fazil Mustafadan təəccüblü MÜNASİBƏT

Hazırda oxunan: “Bunu problemə çevirməyi doğru hesab etmirəm” - SSRİ təbliğatına Fazil Mustafadan təəccüblü MÜNASİBƏT

84544

Son zamanlar Bakıda keçmiş Sovet hökuməti ilə bağlı müəyyən təbliğat işlərinə rast gəlinir. Müxtəlif yerlərdə keçmiş SSRİ-ni əks etdirən atributlar da qabağımıza çıxır. Hətta bir qədər əvvəl Bakıda 64 nömrəli orta məktəbin 9 may Qələbə gününə həsr etdiyi tədbirdə məktəblilərin rus beretka, bantlarını və keçmiş Sovet bayrağından, həmçinin onun simvollarından istifadə etmə halı da baş vermişdi.

Bugünlərdə isə vətəndaşlarımız daha bir incə məqama fikir veriblər və bunu sosial şəbəkələr üzərindən müzakirəyə çıxararaq qarşısının alınmasını tələb ediblər.

Belə ki, market və dükanlarda üzərində “COЮУЗ”, “ГОСТЬ”, “СССР” yazılan dondurmalar satışa çıxarılır. Sosial şəbəklərdəki müzakirələrdə vurğulanır ki, bu cür incə təbliğatla insanlar arasında keçmiş sovet imperiyasının bərpası məsələsi gündəmə gətirilir. Təəssüflə o da qeyd edilir ki, bu markalar altında uzun müddətdir ki, dövrüyyədə olan əmtəə məhsullarına heç bir rəsmi münasibət isə bildirilmir. 

Bizim.Media Milli Məclisin deputatı Fazil Mustafadan mövzu ilə bağlı mövqeyini öyrənməyə çalışıb. Amma vaxtı ilə milli-azadlıq hərəkatının gənc fəallarından biri olmuş, o illərin ağrı-acısını yaşayan deputatımızın məsələ ilə bağlı verdiyi açıqlama təəccübümüzə səbəb oldu.

Onun sözlərinə görə, sözügedən məsələni xüsusi problemə çevirmək lazım deyil: 
 

“Biz ermənilərlə düşmən vəziyyətindəyik ona görə də erməni mənşəli məhsulların satılması və başqa məsələlərdə cəmiyyətdə haqlı olaraq etiraz yarana bilər. Amma bütövlükdə spirtli içki, dondurma və ya digər məhsulların adı altında təqdim olunan bu cür keçmiş "CCCP" və ya başqa sözün olması bizi hansısa şəkildə həmin rejimə qaytarmır.


Bunları xüsusi problemə çevirməyi doğru hesab etmirəm. İstehlak hüquqlarına görə, məhsulu almaqda hər kəs azaddır və sözügedən məhsulları istehlakçı almaya bilər. İndi bir məhsulun adı "Rusiya" digərinin adı "ABŞ" ola bilər, bu o demək deyil ki, həmin ölkələrə qayıdırıq və s. Ona görə də mövzu aktual əhəmiyyət kəsb etmir”, - deyə F.Mustafa sözünü tamamalayıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO