Dövlət qurumundan əlillərin aksiyası ilə bağlı AÇIQLAMA – FOTO

Dövlət qurumundan əlillərin aksiyası ilə bağlı AÇIQLAMA – FOTO

Hazırda oxunan: Dövlət qurumundan əlillərin aksiyası ilə bağlı AÇIQLAMA – FOTO

84470

"Bu gün bir neçə gözdən əlilliyi olan şəxs növbəti dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına gələrək mənzil təminatı ilə bağlı müraciətlərini ediblər. Aidiyyəti rəhbər şəxslər onları qarşılayıb qəbula dəvət etsələr də, həmin şəxslər bundan imtina ediblər".

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, hər birinin müraciəti araşdırılıb. Müəyyən olunub ki, gələnlərin bir çoxunun mənzil təminatı həyata keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

DİN-dən qanunsuz aksiyaya çağırış edənlərə XƏBƏRDARLIQ


"Mənzillə təmin olunmaq hüququ yaranmayan şəxslərə isə aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub. Həmçinin mənzil növbəsində olanlara isə növbəti dəfə Abşeron rayonunda yeni yaşayış kompleksindən mənzillər təklif olunsa da, onlar Bakı şəhərinin digər rayonlarından mənzil tələbi irəli sürüblər.

Onlara bildirilib ki, bu məsələyə də yalnız növbəlilik qaydasında baxılacaq. Müraciət edənlər sırasında I qrup gözdən əlilliyi olan Nuranə Cabbarlının anası Aygün Cabbarova aqressiv şəkildə, etik normalardan kənar davranışları ilə seçilib. O, əməkdaşları təhqir edib, asayişi pozmaq üçün bir neçə dəfə cəhdlər edib" – deyə o vuğrulayıb.

Qurum rəsmisi qeyd edib ki, Aygün Cabbarovanın ailəsinə nazirlik xətti ilə kifayət qədər dəstək göstərilib.

"Özü qulluğa görə aylıq olaraq təqaüd alır. Həyat yoldaşı Cəbi Cabbarov Qarabağ əlili kimi 657 manat, Qızı Nuranə aylıq olaraq 458 manat sosial ödənişlərlə (pensiya və təqaüd) təmin edilib.
Həmçinin müharibə əlili olan Cəbi Cabbarova 2021-ci ildə nazirliyin dəstəyi ilə sosial tərəfdaş vasitəsilə Mingəçevir şəhərində 3 otaqlı tam təmirli mənzil hədiyyə edilib. Əlavə olaraq, 2020-2021-ci illərdə ailəyə birdəfəlik maddi yardımlar edilib. O, hazırda “Azəriqaz” İB-də çalışır, əmək haqqı 988 manatdır" - deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO