Qarabağ münaqişəsində 8 şəhid verən Şabranın Gəndab kəndində yerləşən Şəhidlər parkının qarşısı ayrı-ayrı vətəndaşlara satılıb və parkın önü kəsilib.
Bu barədə Bizim.Media-ya Gəndab kəndindən I Qarabağ Müharibəsi veteranı Rəşad Heydərov məlumat verib.
Onun sözlərinə görə, parkın qarşısının kəsilməsi veteranları, şəhid ailələrinin nümayəndələrini çox narahat edir.
Parkın qarşısında çay evi, yəni ictimai iaşə obyekti tikilib, ondan o tərəfdə isə şəhid Füzuli Salahovun xatirə bulağı var, həmin obyekt şəhidlər parkı ilə şəhid bulağının ortasında yerləşib. Rəşad Heydərov bunu şəhidlərə hörmətsizlik hesab edir və sakinlər adından həmin ictimai iaşə obyektinin oradan köçürülməsini tələb edir.
Vətən Müharibəsi veteranı Rəşad Heydərov bir müddət əvvəl, iyulun 10-da Bakı-Quba yolunun Gəndab kəndindən keçən hissəsindəki şəhid portretlərinin və dövlət atributlarının əvvəlcə yerə, sonra isə onların köhnə qaz yanacaq məntəqəsinin yanındakı sanitar qovşağın yanına atıldığını da xatırladıb.
O bildirib ki, bu barədə videogörüntüləri sosial şəbəkədə də paylaşıb. Rəşad Heydərov bunu Gəndab kəndində şəhidlərə hörmətsizlik əlaməti kimi hesab etdiyini deyərək məlumat verib ki, kənd bələdiyyəsi sədrinin, fəal gənclərin köməkliyi sayəsində portretlər artıq yerinə vurulub.
Bu məsələlərə Şabran rayon İH başçısının Gəndab İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rahib Siracov münasibət bildirib.
Özünün ehtiyatda olan mayor olduğunu, Vətən Müharibəsi başlayarkən könüllü olaraq təlimlərdə iştirak etdiyini deyən Rahib Siracov Gəndab kəndində Şəhid parkının qarşısının kəsilməsini təsdiqləyib və səbəbini də açıqlayıb.
Bildirib ki, parkın qarşısı vaxtilə pay torpağı kimi vətəndaşlara verilib və onlar da orada obyekt tikiblər. Onlara qarşı hər hansı tədbir görülməsi icra nümayəndəliyinin səlahiyyəti daxilində deyil. Rahib Siracov Şəhidlər parkının təmiz saxlanılmasına müntəzəm nəzarət edildiyini də açıqlayıb.
Qaldı ki, şəhid portretlərinin sanitar qovşağın yanına atılmasına, Gəndab icra nümayəndəsi məlumat verib ki, həmin yer qovşaq deyil, köhnə təmir sexidir.
Həmin portretləri iyulun 10-da güclü külək uçurub. Dərhal da həmin portret və atributlar yerinə vurulub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:50 / 19.07.2022
Şabranda şəhidlərə hörmətsizlik – FOTO/VİDEO
Hazırda oxunan: Şabranda şəhidlərə hörmətsizlik – FOTO/VİDEO
Hazırda oxunan: Şabranda şəhidlərə hörmətsizlik – FOTO/VİDEO
84459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.