BNA: Bakıda 43 avtobus gecikmə ilə hərəkət edir 

BNA: Bakıda 43 avtobus gecikmə ilə hərəkət edir 

Hazırda oxunan: BNA: Bakıda 43 avtobus gecikmə ilə hərəkət edir 

84315

Bakıda 43 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Vahid Dispetçer Xidmətinin bu axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 17 müntəzəm marşrut xətti üzrə hərəkət intervalında gecikmələr müşahidə olunur.

1.Tbilisi prospekti-20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13,37, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-13 dəqiqə gecikmə müşahidə olunur.

2.Bakı-Şamaxı yolu Hökməli dairəsi istiqamətində və əks istiqamətdə 114A və 114B nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə müşahidə olunur.

3.Binəqədi şosesi-Binəqədi istiqamətində 71,79,133,165,179 və 202 nömrəli marşrut xətlərindəki avtobuslarası intervallarda 9-16 dəqiqə gecikmə müşahidə olunur.

4.Həsən Əliyev küçəsi Tblisi prospekti istiqamətində 6,13,81 və 65 nömrəli marşrut xətlərindəki avtobuslarası intervallarda 15-17 dəqiqə gecikmə müşahidə olunur.

5.Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO