Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızı vəzifəsindən azad edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bununla bağlı icra başçısı Taleh Qaraşov sərəncam imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Lənkəran icra başçısı müavininin məktəblini döydüyü təsdiqləndi - Cinayət işi açıldı
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı iyulun 14-də həmin təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.
Faktla bağlı cinayət işi başlanılıb.
Bizim.Media