Bu gün açıq havada iş DAYANDIRILACAQ – Həmkarlar İttifaqı prosesi nəzarətdə saxlayacaq

Bu gün açıq havada iş DAYANDIRILACAQ – Həmkarlar İttifaqı prosesi nəzarətdə saxlayacaq

Hazırda oxunan: Bu gün açıq havada iş DAYANDIRILACAQ – Həmkarlar İttifaqı prosesi nəzarətdə saxlayacaq

84303

“Son günlər havalar olduqca isti keçir. Buna görə də Əmək Məcəlləsinin 233-cü maddəsinə əsaslanaraq Həmkarlar İttifaqları Konfederasiyası quruma üzv təşkilataların xidmətinə daxil olan müəssisə və təşkilatlara havanın hərarəti 41 dərəcəni keçərsə, açıq havada işlərin dayandırılması tövsiyyə edilib. Bununla bağlı xəbərdaqlıqedici məlumatlar paylanılıb”.

Bu fikirləri anomal istilərlə bağlı danışarkən AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Akif Təvəkküloğlu səsləndirib.
 

MOVZU İLƏ BAĞLI:

Sabahın hava proqnozu açıqlandı


O, Bizim.Media-ya bildirib ki, qanunvericiliyə əsasən havanın temperaturu +41 dərəcədən yuxarı olarsa işdə müəyyən fasilələr verilir və ya iş dayandırılır:

“Əmək Məcəlləsinin 2-ci əlavəsində işçilərə fasilələrin verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın tempraturu və küləyin gücü göstərilib. Azərbaycan Respublikasının Konstitutsiyasında nəzərdə tutulduğu kimi, əmək hüquqlarının tənzimlənməsi çərçivəsində işəgötürən əməyin təhlükəsizliyi və gigiyenası tələblərinə cavab verən iş şəraiti yaratmalıdır. Və bu məsələdə nəzarəti yerli həmkarlar təşkilatları yerinə yetirir”. 

Akif Təvəkküloğlu onu da bildirib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinin 4-cü hissəsinə əsasən, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir.
AHİK rəsmisi sonda qeyd edib ki, quruma üzv təşkilatlar tərəfindən hazırda bu məsələyə ciddi nəzarət olunur və işçilərin normadan artıq isti hava şəraitində sağlamlığının qorunması üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, bugün bəzi regionlarda 43 dərəcə isti gözlənilir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO