“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinn Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi cari ildə də davam etdirilir”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən xəbərə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.
2022-ci ildə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:
1. Bərdə-Ağdam avtomobil yolu (44.5 km, 4 hərəkət zolaqlı),
2. Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (32 km, 2 hərəkət zolaqlı),
3. Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı),
4. Talış-Tapqaraqoyunlu-Qaşaltı avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı),
5. Qubadlı-Eyvazlı avtomobil yolu (28.5 km, 2 hərəkət zolaqlı).
2023-cü ildə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:
1. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu (81.6 km, 4-6 hərəkət zolaqlı),
2. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70.4 km, 4 hərəkət zolaqlı),
3. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu (39.7 km, 4 hərəkət zolaqlı),
4. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (834.1 km, 2 hərəkət zolaqlı),
5. Qubadlı-Mahmudlu-Yazıdüzü-Ermənistan sərhədi avtomobil yolu (26.4 km, 2 hərəkət zolaqlı) avtomobil yolu,
6. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri.
2024-2025-ci illərdə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:
1. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (123.9 km, 4-6 hərəkət zolaqlı),
2. Ağdam-Füzuli avtomobil yolu (64.8 km, 4 hərəkət zolaqlı),
3. Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (81.6 km, 2-4 hərəkət zolaqlı),
4. Kəlbəcər-Laçın avtomobil yolu (76.3 km, 2-4 hərəkət zolaqlı).
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:53 / 18.07.2022
Qarabağda avtomobil yollarının tikintisi bu tarixdə yekunlaşacaq
Hazırda oxunan: Qarabağda avtomobil yollarının tikintisi bu tarixdə yekunlaşacaq
Hazırda oxunan: Qarabağda avtomobil yollarının tikintisi bu tarixdə yekunlaşacaq
84287
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.