Ana öldü, oğul yaralandı - FOTO

Ana öldü, oğul yaralandı - FOTO

Hazırda oxunan: Ana öldü, oğul yaralandı - FOTO

84184

Ötən gün Quba-Qonaqkənd yolunun Xırt kəndindən keçən hissəsində “UAZ”ın aşması nəticəsində 1 nəfərin ölməsi, 2 nəfərin ağır yaralanmaları barədə məlumat vermişdik.  

Qəzada həyatını itirən 46 yaşlı Məxvurə Qayibova bu dəqiqələrdə yaşadığı Çarxaçu kəndində dəfn edilib.  

Mərhumun oğlu, 17 yaşlı Ağamirzə Qayibov isə çoxsaylı sınıqlar olduğundan Quba rayon Mərkəzi Xəstəxanasından Bakıya göndəriləcək. 

Diğər yaralı, 33 yaşlı Sahibə Sultanova da onurğa sütununun zədələnməsi diaqnozu ilə gecə saatlarında Bakı xəstəxanalarından birinə göndərilib. O, bu gün əməliyyat olunacaq.  

Hadisəni törədən sürücü, Xaltan kənd sakini Akif İmamverdiyev barəsində isə Quba rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO