Bakıda avtobusda DAVA - Sürücü yenə sərnişin tərəfindən döyüldü

Bakıda avtobusda DAVA - Sürücü yenə sərnişin tərəfindən döyüldü

Hazırda oxunan: Bakıda avtobusda DAVA - Sürücü yenə sərnişin tərəfindən döyüldü

84161

Bakının Sabunçu rayonunda avtobusda dava düşüb. 

Bizim.Media xəbər verir ki, hadisə ötən axşam saat 23:00-da Zabrat qəsəbəsində qeydə alınıb. 

118B marşut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1977-ci il təvəllüdlü Qorçiyev Əziz Cəmil oğlu avtobusda olan sərnişinlə mübahisə edib.

Mübahisə zamanı sürücü döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

Apa.az-ın məlumatına görə, mübahisənin səbəbi hələ ki məlum deyil. 

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO