Dünyada bir-biri ilə elə qonşu adalar və ölkələr var ki, onların arasındakı zaman fərqi 23 saatdır
Təbiətin dəyişməz qanunlarından biri də ölkələr arasındakı saat fərqidir. Hansısa xarici ölkəyə gedərkən və ya elə Azərbaycanda oturub xarici ölkələrdə yaşayan dostlarınızla yazışarkən saat fərqini göz önünə almaq mütləqdir. Azərbaycanla Avropa, Qərb ölkələri arasında saat fərqi olduqca çoxdur.
Bunun çətinliklərini insanlar idman yarışlarını izləmək üçün yuxusuz gecələr keçirərkən hiss edirlər. Çünki bu ölkələrdə axşam saatları olanda və hələ də canlanma davam edəndə bizdə artıq gecə yarı olur. Biz bunu I Avropa Oyunları zamanı da müşahidə etdik. Ev sahibi olaraq Avropanın saat fərqini nəzərə alaraq oyunlara başlanıldı. Bir il öncə Braziliyada keçirilən dünya kuboku yarışında da azərbaycanlı futbolsevərlər yuxusuz gecələr keçirməli oldular. Belə ki, Cənubi Amerikada start götürən dünya çempionatının başlama vaxtı ilə ölkəmiz arasındakı vaxt fərqi 8 saatdan çox idi. Xarici ölkələrə səfər edənlər də saat fərqinə görə getdikləri ölkədə müəyyən qədər əziyyət çəkir, yuxusuzluq problemi yaşayırlar.
Ümumiyyətlə, canlıların hamısında bədən funksiyalarına nəzarət edən bioloji bir “daxili saat”x9d mövcuddur. Bu, istilik və gün işığı kimi xarici faktorlardan təsirlənir. Xüsusilə uzun səyahətlərdə qarşılaşdığımız bədən saatı ilə zamanın uyğunlaşmadığı hallar “jet lag”x9d dediyimiz vəziyyəti meydana gətirir. Belə bir vəziyyət isə yalnız 7-8 saatlıq bir zaman fərqi olan ölkəyə getdiyimiz zaman yarana bilər. Beynimizin ortasında olan mərcimək boyda olan epifiz bədəndə saat funksiyasını yerinə yetirir. Bu hissədən melatonin adlı maddə ifraz olunur. Bu maddə hava qaraldıqdan sonra qana axmağa başlayır, işıqlandıqda isə axını dayanır. Bu maddə sayəsində beynimizlə yanaşı, bədənimizin bütün orqanları gecə ilə gündüzü ayırd edə bilir. Buna görə də insanlar Avropaya, Qərbə səyahətlər edərkən şəraitə tez adaptasiya olur, nəinki şərqə edilən səyahətlərə.

Azərbaycanla digər ölkələr arasındakı saat fərqinə gəlincə, internet üzərindən apardığımız kiçik araşdırmadan məlum oldu ki, Azərbaycanla ən az saat fərqi olan İran və Hindistandır. Onların arasındakı saat fərqi 30 dəqiqədir. Ən çox saat fərqi isə ABŞ və Kanada ilədir; 11 saat. Saat zolaqlarının sayı ən çox olan ölkə Fransadır. Bu ölkə 12 saat zolağında yerləşir. ABŞ 11 saat zolağını, Rusiya 9 saat zolağını əhatə edir.
Azərbaycanla digər ölkələr arasındakı saat fərqləri belədir: Azərbaycan saatı Türkiyə, Rusiya, Finlandiya, Yunanıstan, Bolqarıstan, Latviya saatlarından 2 saat, Almaniya, Fransa, Hollandiya, Danimarka, Macarıstan saatlarından 3 saat, ABŞ, Kanada saatlarından 11 saat, Meksika, Brazilya saatından 10 saat, Gürcüstan saatından 1 saat, İran, Hindistan saatından 30 dəqiqə irəlidir. Çin saatından isə 3 saat, Tayland saatından 2 saat, Avstraliya saatından 5 saat geridir. İspaniya saatından 4 saat irəli, Yaponiya saatından 4 saat geri, Qazaxıstan saatından 1 saat geri, Yunanıstan saatından isə 1 saat 59 dəqiqə irəlidir.

Bir-biri ilə elə qonşu adalar və ölkələr var ki, onların arasındakı saat fərqi 23 saatdır. Bu adalardan biri Alyaska və Sibiri bir-birindən ayıran Berinq boğazının ortasında yerləşən iki qayadan ibarət Diomida adalarıdır. Diomida adalarının uzunluğu 3,8 kilometrdir və Rusiya ilə ABŞ arasında beynəlxalq sərhədin göstəricisidir. Böyük Diomida Rusiyaya məxsusdur, kiçik Diomida isə ABŞ-a aiddir. Bu iki ada arasında 23 saat vaxt fərqi var. Məhz buna görə adalardan biri simvolik olaraq “sabah”x9d, digəri isə “dünən”x9d adlandırılır.
Xarici ölkələrə səyahət edən zaman saat fərqləri bizdə müəyyən qədər durğunluq və əsəb yaratsa belə bunun yaxşı tərəfləri də var. İnsanda sanki zamanı oğurlaya və ya dayandıra bilmək kimi bir hiss yaranır. Misal üçün, Gürcüstandan səhər saat 6-da təyyarəyə minib İstanbula da səhər saat 6-da çatmaq insanda həyatdan zamanı oğurlamış və ya heç zaman keçməmiş, saat irəliləməmiş kimi yaxşı bir hiss yaradır.































































































