“Komando hazırlığı” kursunun növbəti buraxılış mərasimi keçirilib - FOTO

“Komando hazırlığı” kursunun növbəti buraxılış mərasimi keçirilib - FOTO

Hazırda oxunan: “Komando hazırlığı” kursunun növbəti buraxılış mərasimi keçirilib - FOTO

83977

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsi və bölmələrin döyüş qabiliyyəti artırılır. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, 2022-ci ilin hazırlıq planına əsasən, “Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatların və beretlərin təqdimolunma mərasimi keçirilib. 

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Buraxılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanaraq təşkil olunan “Komando hazırlığı” kurslarının bölmələrin döyüş qabiliyyətinin artırılmasında, hərbiçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində müsbət təsirindən danışılıb. 
Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulanaraq sertifikat və beretlər təqdim olunub. 

Sonda şəxsi heyət tribuna önündən təntənəli keçid edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO