Şimal bölgəsində meşə yanğınlarına səbəb “Azərişıq” olub? – Məhv olan təbii sərvətimizin STATİSTİKASI  

Şimal bölgəsində meşə yanğınlarına səbəb “Azərişıq” olub? – Məhv olan təbii sərvətimizin STATİSTİKASI  

Hazırda oxunan: Şimal bölgəsində meşə yanğınlarına səbəb “Azərişıq” olub? – Məhv olan təbii sərvətimizin STATİSTİKASI  

83962

Ötən həftə Şabran və Xaçmazda baş verən meşə yanğınları ölkəmizin yaşıl fonduna ciddi zərbə vurub. Yanğının hansı səbəblərdən törəməsi müvafiq orqanlar tərəfindən hələ də araşdırılır. İlkin qənaətlər var.

Bizim.Media-ya danışan Şabran İh başçısının müavini İlkin Ağayev məlumat verib ki, əvvəlcə Şabranın Ağalıq kəndi ərazisində başlayan yanğın ətrafı və sonra isə Təzəkənd yaşayış məntəqəsinə qədər olan meşə sahəsini əhatə edib.

Yanğınlar nəticəsində 51 hektar pay torpağı, örüş sahəsi və 22 hektar meşə zolağı tamailə yanıb məhv olub. 22 hektar meşə sahəsinin yanması milyonlarla ağac və bitkinin məhv olması deməkdir.
 

MÖVZU İLƏ BAĞLI:

Şabrandakı yanğın ocaqlarının söndürülməsi prosesi davam edir - FOTO


Mütəxəssislərin verdiyi məlumata görə isə Şabran yanğınında çox qiymətli meşə cinsli palıd, qovaq, göyrüç və digər qiymətli dərman ķollarının yanıb məhv olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmazdakı 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən verilən məlumatda isə bildirilir ki,  yanğın nəticəsində çox qiymətli - yaşı 60-70 il arasında olan qiymətli ağac fondu tamailə sıradan çıxıb. İndi 10 illər lazımdır təbiətin yaşıl donu tam yerini tutsun.
Xaçmazda  isə 9,4 hektar meşə sahəsi yanıb külə dönüb.

Quba regional meşə təsərrüfatı idarəsinin rəisi Elvin Baxışov əməkdaşımıza bildirib ki, yanğın zamanı 5 ay əvvəl əkilmiş tingdən tutmuş, 50 ildən yuxarı yaşı olan qovaq, fıstıq, vələs ağacları yanıb:

“Bu ağacların qiyməti heç nə ilə ölçülmür, yanğında təbiətimizin yaşıl libası çox zərər çəkdi. Massiv təmizlənəndən sonra illər lazım olacaq ki, ağaclar təbii yolla bərpa olunsun".

Xaçmaz və Şabranda yanğınların baş vermə səbəbi kimi əsas yüksək gərginlikli elektrik xəttinin külək nəticəsində qırılıb yerə düşməsi göstərilir. Xaçmazda “Azərişıq” ASC-yə məxsus 35 kilovoltluq elektrik xəttinin qırılması nəticəsində meşədə yanğın başladığı deyilir. Yanğınlarda insan faktorunun olduğu da araşdırılır. Araşdırmalar gedir. 

Bizim.Media Şabran və Xaçmazda yanan meşə massivlərinin son durumunu fotolarda təqdim edir: 













Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO