İcra başçısının müavininin döydüyü deyilən məktəblidən XƏBƏR var – Anadan yeni DETALLAR

İcra başçısının müavininin döydüyü deyilən məktəblidən XƏBƏR var – Anadan yeni DETALLAR

Hazırda oxunan: İcra başçısının müavininin döydüyü deyilən məktəblidən XƏBƏR var – Anadan yeni DETALLAR

83955

Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın evində döydüyü iddia edilən 9-cu sinif şagirdi Aliyə Camalova ilə bağlı məsələ aktual olaraq qalır. Ağır xəsarət və travmalar alan Aliyə Camalovanın vəziyyəti normallaşıb.

Bu barədə Bizim.Media-ya anası Ləman Camalova məlumat verib. Ananın sözlərinə görə qızının ağrıları yüngülləşsə də, ciddi psixoloji pozuntu yaşayır:

“Uşaq qəribə olub. Baxmayaraq ki, qızdır, mən onu mərd böyütmüşəm. Amma artıq onu tanıya bilmirəm. Qızımın durumuna baxıb üzülürəm. Qucaqlamaq istəyirəm qorxur. Elə bilir onu yenə döyəcəklər. Danışmır, özünə qapanıb bir kənarda yumaq kimi qalıb. Düşünürəm ki, ona mütləq psixoloq dəstəyi lazımdır. Hazırda Lənkərandayam. Bakıya gedən kimi qızımı psixoloq yanına aparacağaım”.
 

MÖVZU İLƏ BAĞLI:

İcra başçısının müavininin döydüyü deyilən məktəbli xəstəxanaya YERLƏŞDİRİLDİ – Vəziyyəti ağırdır


Ana Rasilə Əliyevanın qızını əxlaqqsız adlandırması və məktəbdən çıxması tələbinə də münasibət bildirib:

“Bizim ailəni hər kəs tanıyır. Hamı ilə yaxşı münasibətlərimiz olub. Lənkəranda hər kəs dostumuz və tanışımızdır. Heç vaxt haqqımda kimsə pis deyə bilməz. Bu qadın mənə və qızıma niyə şər-böhtan atır, anlamıram. Mən onunla nəyi bölüşdürməmişəm, nəyi həll etməmişəm? Heç onu yaxından da tanımamışam.

Uzaqdan-uzağa bilmişəm ki, belə bir adam var. Əgər əxlaqsız idisə, bu günə qədər niyə məktəbdən, hansısa müəllimindən mənə irad gəlməyib. Açıqladığı videolara gəlincə, qızım idmançı olduğu üçün onları özü üçün çəkib və şəxsi telefonunda saxlayıb. Gedib araşdırsınlar.

Qızım heç bir sosial şəbəkədə və ya “Tik-Tok”da şəxsi videolarını paylaşmayıb, yaymayıb. Ana olaraq onun hər bir addımından və Rasilə Əliyevanın dediyi videolardan xəbərim var. Onun ixtiyarı yoxdur ki, qızımın telefonundan şəxsi məlumatları oğurlayıb və onunla şantaj edir. Bu qədər də olmaz”.
Ana hüquqi müstəvidə məsələnin ədalətli həll edilməsinə inandığını da bildirib. 

Xatırladaq ki, Lənkəran 4 saylı orta məktəbin 9-cu sinif şagirdi Aliyə Camalovaya fiziki zorakılıq olunub. Döyülən yeniyetmənin anası Ləman Camalovanın iddiasına görə qızı Lənkəran şəhər icra başçısının müavini Rasilə Əliyeva tərəfindən evində döyülüb.

Digər iddiasına görə qızı döyüləndə orada Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova da olub. Yeniyetmənin üzündə və bədənində ciddi xəsarət izləri var.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin regional çöbəsinə daxil olmuş müraciət əsasında araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO