Nə qədər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub?

Nə qədər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub?

Hazırda oxunan: Nə qədər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub?

83953

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na ötən dövrdə 654 işəgötürən qoşulub.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4585 vakansiya təqdim ediblər.

Bildirilib ki, həmin vakansiyalar üzrə artıq 2500-ə yaxın şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 2044 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir.
 

MÖVZU İLƏ BAĞLI:

Daha 170-ə yaxın şəhid ailəsi və qazi aktivlərlə təmin edilib


“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyalarını linkə daxil olmaqla göndərə bilər. 

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün linkə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər”, - qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO