Vəndam Bələdiyyə sədrindən Polad Həşimova və jurnalistə HÖRMƏTSİZLİK – Aytəkin Alxaslı yazır

Vəndam Bələdiyyə sədrindən Polad Həşimova və jurnalistə HÖRMƏTSİZLİK – Aytəkin Alxaslı yazır

Hazırda oxunan: Vəndam Bələdiyyə sədrindən Polad Həşimova və jurnalistə HÖRMƏTSİZLİK – Aytəkin Alxaslı yazır

83951

Mənə elə gəlir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən biz jurnalistlər nə qədər çox yazsaq, hətta gecə-gündüz yazsaq belə, azdır.

Ölümü ilə ölməzliyə qovuşan general-mayor Polad Həşimov belə qəhrəman şəhidlərimizdəndir. Hər dəfə yolun Qəbələ rayonunun Vəndam qəsəbəsi hissəsindən keçəndə cənab generalı hörmətlə xatırlayıram.
Ötən gün də Polad Həşimovun anım saatlarında həmin qəsəbədən keçirdim. Ana yurdunda onunla bağlı xatirə tədbirinin keçirilib-keçirilməyəcəyi ilə maraqlandım.

Qəbələ İH-nin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şahmurad Abbasov yolda olduğundan Polad Həşimovun xatirəsinə həsr edilmiş tədbir barədə qısa məlumat verdi.

Daha ətraflı məlumat almaq üçün Vəndam qəsəbə bələdiyyəsinin sədri Asif Həşimovla da əlaqə saxladım. İnsafən, əvvəlcə suallarıma həvəslə cavab verən Asif müəllimə tədbirdə iştirak edən rayon rəsmiləri ilə bağlı sual ünvanlayanda səsi dəyişdi.

Daha sonra əsəbi tərzdə tədbiri İcra Hakimiyyətinin keçirdiyini deyərək onlara müraciət etməyimi məsləhət gördü. Və qəfildən Asif müəllim məni xoşagəlməz bir ifadə ilə təhqir etdi.

Düzü, bu söz o qədər gözlənilməz oldu ki, qeyri-ixtiyari olaraq, heç nə demədən, telefonu qapatmalı oldum. Anlaya bilmədim, Qəbələ rayonunda icra başçısının adını çəkmək qadağandır, bəyəm? Mən icra başçısının tədbirə birbaşa özünün qatılıb-qatılmadığını soruşurdum.

Asif Həşimovun kobud, səsini ucaldaraq dediyi sözdən sonra Səbuhi Abdullayevi illər öncə televiziyada işləyərkən Xaçmazda gördüyümü  də xatırladım. İnanmıram, Qəbələ kimi cəh-calallı rayona illərdir rəhbərlik edən Səbuhi Adbullayev özü ilə bağlı qadağa qoysun. Əgər belə olsaydı, şöbə müdiri də suala cavab verməzdi.
Təəssüf etdim. General-mayor Polad Həşimovun həmyerlisindən və həm də soyad adaşından belə təhqir gözləmirdim. Bələdiyyə sədri bəyəm icra başçısından belə çox ehtiyat edir? Ölkədə Prezident İlham Əliyevin mətbuata necə dəyər verdiyi bəyəm hələ gəlib Vəndam bələdiyyəsinə çatmayıb?

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO