Azərbaycanlı jurnalist Rusiyadan türk düşmənlərinə SƏSLƏNDİ: “Aramıza nifaq salmağa çalışırlar” - VİDEO

Azərbaycanlı jurnalist Rusiyadan türk düşmənlərinə SƏSLƏNDİ: “Aramıza nifaq salmağa çalışırlar” - VİDEO

Hazırda oxunan: Azərbaycanlı jurnalist Rusiyadan türk düşmənlərinə SƏSLƏNDİ: “Aramıza nifaq salmağa çalışırlar” - VİDEO

83889

“Biz burda hamımız Rusiyanın maraqlarından çıxış edirik. Yaxşıdır ki, biz tərəfdən hər zaman millətlərarası sülh təklif olunub. Amma bəzən bizim bəzi həmkarlarımız etnoslar arasında düşmənçilik toxumu səpir. İndiki həssas dönəmdə bu cür çıxışlar anti-Rusiya əhval-ruhiyyəsi yaradır”. 

Bizim.Media xəbər verir ki, tanınmış jurnalist-politoloq Anar Həsənov Rusiyanın “1RUS.ru” internet televiziyasındakı debatda səsləndirib.

Həmyerlimiz daha sonra əlavə edib ki, bütün tarix boyu, bütün həssas dönəmlərdə türk xalqları Rusiya İmperiyası və Rusiya Federasiyası ilə müttəfiq olub:

“İstər Birinci Dünya Müharibəsi, istərsə də Böyük Vətən müharibəsində bütün türk xalqları o cümlədən türkmənlər, azərbaycanlılar, tatarlar, başqırdlar, özbəklər, qazaxlar və qırğızlar bir sivilizasiya kimi rusların yanında dayanıb. Bunun müqabilində bu gün həmin etnoslara qarşı bəslənilən xoşagəlməz münasibətlər sadəcə təəssüf doğurur. Bu böyüklükdə sivilizasiya Rusiyanın tərəfini saxladığı təqdirdə kimlərsə çalışır ki, onları incik salsın”. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO